Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3589

Mingəçevir Turizm Kollecində “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Dəyirmi masalar, inşa, rəsm müsabiqələri və idman  yarışları təşkil olunaraq pedaqoq və tələbələrin vətənpərvər duyğularının gücləndirilməsinə xidmət edən addımlar atılıb. Bayram münasibəti ilə təşkil olunan tədbirlər tələbələrin rəsm və əl işlərindən ibarət  sərgiyə baxışla davam etdirilib. Ardınca kollektiv tədbirlərin zirvə nöqtəsi olan elmi – nəzəri konfransda  bir araya gəlib. Konfrans kollec rəhbərliyinin təklifi ilə Azərbaycan Respublikasının Dövlət  Himninin canlı ifası ilə öz işinə başlayıb. Tədbir boyu Azərbaycan xalqının ta qədimdən müasir dönəmlərədək apardığı azadlıq mübarizəsi barədə müzakirələr aparılaraq maraqlı tarixi faktlar açıqlanıb.

 “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir”  adlı  konfransı  açıq elan edən  kollecin direktoru Əyyub Əyyubov  müasir Azərbaycan dövlətçiliyinin yaranma mərhələləri və tarixi barədə söhbət açaraq  xoşbəxt xalq olduğumuzu bildirib:

“Azadlıq hər bir xalqın  müqəddəs diləyi olsa da  hər bir xalqa nəsib olan nemət deyil. Xoşbəxtik ki, biz azad, müstəqil  dövləti olan bir xalqıq. Bu azadlığı əbədi olaraq qorumağı özümüzə şərəf işi bilməliyik. Necə ki, dövlətçiliyimizin memarı ulu öndər Heydər Əliyev bu missiyanı  davam etdirməyi bizə əmanət etmişdi.”

 Daha sonra konfransda digər məruzələr dinlənilib .Pedaqoqlar Ceyhun Abdullayev, Aybəniz Əliyeva və Eldar Dərişov müvafiq olaraq  “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür”, “Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı” və “ Azərbaycan Respublikası müstəqillik illərində şərəfli dövlətçilik yolu keçmişdir” mövzularında  çıxış edib. Səslənən fikirlərdə  prezident cənab İlham Əliyevin siyasi kursuna olan  dərin inam hissi öz əksini tapıb.

Konfrans həm də  müxtəlif müsabiqə qaliblərinin kollec rəhbərliyi tərəfindən mükafatlandırılması ilə əlamətdar olub.

Tədbir tələbə özfəaliyyət qrupu tərəfindən təqdim edilən ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi