Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5453

Mingəçevir Turizm Kollecində Novruz şənliyi keçirilib

Mingəçevir Turizm Kollecinin kollektivi milli əlamətdar təqvimlərin bəzəyi hesab edilən Novruz bayramını  böyük coşqu ilə qeyd edib. Milli  rəmzi xüsusiyyətlər  və  Novruz elementləri  ilə tərtib edilmiş kollec meydanında bir araya gələn tələbə, müəllim, valideyn və digər dəvətli qonaqlar saatlar ərzində bayram tonqalı ətrafında unudulmaz anlar yaşayaraq bayramın keyfini çıxarıb. Şux rəqslər, milli və müasir musiqilər, poetik nümunələr, Novruz inancları ilə bağlı səhnəciklər, Novruzun rəmzləri olan Keçəl, Kosa, Bahar qız və Qorqud atanın bayram təbrikləri şənliyin ovqatını yüksəldərək  tədbirdə əsl bayram coşqusu yaradıb.

Kollektivi və  tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən kollecin direktoru Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. Novruzun  oyanış, gözəllik, təravət, bolluq, birlik və sevgi bayramı olduğunu bildirib.

Tədbirdə Keçəl və Kosanın zarafatları xeyli əyləncə yaradıb.Qorqud ata və Bahar qızın təbrikləri meydanı coşdurub. Rəqslər və ifalar biri-birini əvəz edib. Xalq oyunlarından olan kəndirdartışması, dirədöymə, milli geyimli qızların Novruz inanclarından bəhs edən səhnəcikləri xoş ovqat yaradıb.

Qeyd edək ki, şənlik ərzində kollec həmkarlar təşkilatının rəhbərliyi, aparıcı mütəxəssislər, pedaqoq və tələbələr də çıxış edərək bayram təbriklərini ifadə edib.

Bayram şənliyində həmçinin  Novruz münasibətilə təşkil olunmuş idman turnirləri və müsabiqə qalibləri təltif olunub.

Nəhayət Qorqud atanın müşayəti ilə Novruz tonqalı alovlandırılıb. Kollektiv əl-ələ və çiyin-çiyinə bayram tonqalı ətrafında Yallı gedərək Novruzun həm də milli birlik rəmzi olduğunu qürurla nümayiş etdirib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb