Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
865

Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-də görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elimləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir.

Ölkə başçısının tapşırığına əsasən, mütəmadi olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul etdib. Qəbul çərçivəsində Bərdə şəhərindən olunan müraciətlərdən biri isə məhz görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elimləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş müsabiqəsinin keçirilməsi ilə bağlı olub. Bu istiqamətda Bərdə Regional Mədəniyyət İdarəsi görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi”ni təşkil etmişdir.

Müsabiqədə 12 gənc birincilik uğrunda mübarizə aparıb.

Müsabiqədə “Bərdə” qəzetinin məsul işçisi Şükufə Əliyeva, Bərdə yazarları Telman Hüseynli və Qabil Əsəd, Tərtər rayon Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Ətrabə Süleymanova, Mingəçevir şəhər Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Tərbiyə Abbasova, Yevlax şəhər MKS- nin direktor müavini Tofiq Məmmədov iştirak edib.

Tədbiri giriş sözü ilə Bərdə rayon MKS- nin direktoru Mirzəyeva Havva açaraq bildirib ki, Mir Cəlal Paşayevin Azərbaycan ədəbi və ictimai mühitində yeri və rolu əvəz olunmazdır. O, qeyd edib ki, Mir Cəlal Paşayev malik olduğu mədəni, ədəbi, elmi, pedoqoji  dəyərləri də özü ilə bərabər qalxdığı ucalığa yüksəldə bilmişdi.

Müsabiqəyə yazılarını təqdim edənlər öz şeirlərini və hekayələrini oxuyublar. Sonra əvvəlcədən təsdiq edilmiş münsiflər heyəti müsabiqənin qaliblərini müəyyən ediblər. Müsabiqədə Bərdə rayonundan Qocayev Valeh Ələddin oğlu 1-ci yer, Alıyev Şirin Elşən oğlu, İbrahimova Peykər Alim qızı 2-ci yer, Tərtər rayonundan Tağızadə Sadiq Rafiq oğlu, Məmmədov Bəxtiyar Yaşar oğlu, Yevlax şəhərindənTalıblı Səməd Nemət oğlu  3- cü yerin sahibi olublar.

Şair Telman Hüseynli və Qabil Əsəd gənc yazarlara ədəbiyyat nəzəriyyəsini daha da dərindən öyrənməyi və çoxlu mütaliə etməyi tövsiyə ediblər.

Sonda qaliblər regional idarə adından Diplomla təltif olunublar.

XƏBƏRLƏR

28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib