03.12.2018 05:50
Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 4 dekabr 2018-ci il tarixində saat 11:00-da Azərbaycan Milli kitabxanasında “Mir Mehdi Seyidzadə. Biblioqrafiya” kitabı və Mir Mehdi Seyidzadə elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, tədbirdə uşaq yazıçıları, tədqiqatçı alimlər, media nümayəndələri, Mir Mehdi Seyidzadənin ailə üzvləri və digər qonaqların iştirakı nəzərdə tutulub.