18.02.2019 05:07
Moskvada “Azərbaycan ifaçıları Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən Azərbaycanın Əməkdar artisti, pianoçu Gülşən Ənnağıyevanın konserti olub.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Frazalar” adlı fortepiano musiqisi konsertinin proqramında N. Mirişli, F. Qarayev, E. Denisov, O. Messian, V. Yekimovski, Y. Vorontsov və K. Debüssinin əsərləri səslənib.
Konsertin əvvəlində sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov çıxış edib.