Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2765

Moskvada “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılıb

Moskvada, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılıb.

Sərgi Azərbaycanın və Rusiyanın mədəniyyət nazirlikləri, ölkəmizin Moskvadakı səfirliyi, Azərbaycan Xalça Muzeyi və Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi tərəfindən təşkil edilib.

Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin direktoru Aleksandr Sedov sərgini açaraq Azərbaycan Xalça Muzeyini “dünyanın ən yaxşı muzeylərindən biri” adlandırıb. A.Sedov deyib: “Biz çox fəxr edirik ki, bizim muzey Azərbaycan Xalça Muzeyinin sərgisi üçün öz zallarını təqdim edib. Bakılı həmkarlarımızın razılığı ilə biz bu sərgiyə bəzi əşyalar əlavə etmişik və onlar vahid tam təşkil ediblər”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova xatırladıb ki, Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan sərgisi keçirilməsi ilk dəfə deyil. İndiyə qədər burada Azərbaycan rəssamlarının sərgiləri təşkil edilib. N.Axundova vurğulayıb: “Burada Azərbaycan mədəniyyətinə çox qayğı ilə yanaşırlar, Şərq Muzeyinin hər bir sərgisində bizim ölkə ilə bağlı əşyalara rast gəlmək olar”.

Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin uğurlu inkişafı barədə məlumat verib. O, Şərq Xalqları İncəsənəti Muzeyinin kollektivinə bu sərginin təşkilinə göstərdiyi köməyə görə təşəkkürünü bildirərək qeyd edib ki, “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” sərgisi iki muzey bazasında yaradılıb.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib: “XIX əsrə aid “Bəhmənli” adlı Qarabağ xalçası bu sərginin əsas eksponatıdır. Bu xalça 1918-ci ildən Şərq Xalqları İncəsənəti Muzeyinin eksponatları arasına düşüb. Sərgi xalqımızın ruhunu, gözəllik və xüsusi harmoniya duyğusunu nümayiş etdirir.

Şirin Məlikova daha sonra əlavə edib ki, Bakı və Moskva muzeyləri sıx əməkdaşlıq edirlər. O, Şərq Xalqları İncəsənəti Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib.

Sərginin kuratoru Mariya Filatova deyib: “Azərbaycanda çox görkəmli insanlar doğulub və dünyanın müxtəlif guşələrinə səpələniblər. Mənim də uşaqlıq dövrümün çox hissəsi Bakıda keçib. Sonra uzun müddət oraya getməmişəm. 2001-ci ildə Şərq Xalqları İncəsənəti Muzeyində işə daxil olandan sonra ilk səfərim Bakıya olub. Bu şəhəri yenidən gördüm, Xalça Muzeyinin direktoru Şirin xanım ilə tanış oldum, biz dostlaşdıq. Taleyimdən çox razıyam ki, mənim şəxsi zövqüm və işim bir-biri ilə sıx bağlıdır”.

“Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” sərgisində Azərbaycan Xalça Muzeyinin və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 100-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir.

Ekspozisiyanın məqsədi sərgiyə gələnləri XIX əsrdə və XX əsrin əvvəlində Azərbaycan evlərinin ənənəvi interyerinin bənzərsiz xüsusiyyətləri, o cümlədən xalçalar və toxuculuq nümunələri barədə məlumatlandırmaqdır. Sərginin ziyarətçiləri toy mərasimi ilə bağlı, ənənəvi cehizin ayrılmaz hissələri sayılan əşyalarla tanış olacaqlar. Ayrıca bir vitrin bütünlüklə kəlağayının hazırlanması ilə bağlı alətlərə və digər atributlara həsr edilib. Ekspozisiyanın bir hissəsində dini inanclarla bağlı müxtəlif əşyalar, o cümlədən, namaz xalçaları, ənənəvi həmayillər nümayiş etdirilir.

Sərgi mayın 12-nə qədər davam edəcək.

*      *      *

13 aprel tarixində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi çərçivəsində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova “Ənənəvi Azərbaycan interyerində tekstilin rolu” adlı mühazirə ilə çıxış etmişdir.

Mühazirədə müxtəlif muzeylərin əməkdaşları, o cümlədən muzeyin direktoru Aleksandr Sedov başda olmaqla Şərq Xalqları İncəsənəti Muzeyinin bir sıra işçiləri, habelə incəsənət yönümlü təhsil ocaqlarının tələbələri, sənətsevərlər və kolleksiyaçılariştirak edirdilər. Çıxışının sonunda Şirin Məlikova Azərbaycan tekstili və rəhbərlik etdiyi muzeyin tikmə və xalça kolleksiyaları haqqında sualları cavablandırdı.

Şirin Məlikova öz çıxışında: “Açılış mərasimində Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin insanlarla dolu zallarını, tamaşaçıların, çoxsaylı mətbuatın diqqətini, mühazirələrdə incəsənətə, dekorativ-tətbiqi sənətin tarixinə böyük maraq göstərən sənətşünas, rəssam, jurnalistləri görmək olduqca xoş idi. Ölkəmiz, çox sevdiyim mədəniyyətimiz, istedadlı insanlarımız haqqında danışmaq mənim üçün böyük xoşbəxtlikdir. Bütün bunların qarşılığını görmək, verilən sualları cavablandırmaq, incəsənətimizin ilhamlandırdığını eşitmək və dinləyicilərin əlavə informasiya toplamaq istəyinin şahidi olmaq sevindiricidir. Mədəniyyət – ölkələri, xalqları, müxtəlif sivilizasiyaları birləşdirən ən güclü körpüdür”-deyə qeyd etmişdir.

XƏBƏRLƏR

15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb