Moskvada Tahir Salahovun 90 illiyi münasibətilə "Min bir gecə" baleti nümayiş etdiriləcək
Martın 26-da Moskvada böyük Azərbaycan və Rusiya rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun anadan olmasının 90 illiyi münasibətilə "Min bir gecə" baleti nümayiş etdiriləcək.
Azərbaycanın dahi bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun baleti Kreml Sarayının səhnəsində oynanılacaq. Baletin quruluşçu xoreoqrafı Rusiyanın Xalq artisti Andrey Petrovdur. Səhnə tərtibatı Tahir Salahova məxsusdur. Geyim üzrə rəssam Olqa Polyanskayadır.
Baletin ərsəyə gəlməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi dəstək göstərib. "Min bir gecə" baleti Moskvada "Kreml baleti" Teatrının ifasında ilk dəfə səhnələşdirilib. Tamaşanı "Orfey" radiosunun simfonik orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş rejissoru Sergey Kondraşovdur.