Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
646

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib

13 sentyabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik, professor Arif Cahangir oğlu Məlikovun anadan olmasının 86 illiyinə hsr olunan tədbir keçirilmişdir.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Arif Məlikovun zəngin yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında danışmışdır.

Sonra  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, Əməkdar artist, pianoçu Adilə Əliyeva,  Arif Məliikovun tələbələri - bəstəkarlar Pikə Axundova, Gülnarə Məmmədova, Əməkdar artist Elza Seyidcahan sevimli müəllimləri haqqında xatirələrini, ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər.

Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

Bədii hissədə Azərbaycan Respulikasının Xalq artisti Gülnaz İsmayılova, Beynəlxalq Müsabiqələr laureatları  Səidə Tağızadə, Bakı Musiqi Akademiyasının tələbəsi Elxan Niftiyev (f-no), Ziba Rəcəbli (alt), Tomris Hüseynova (f-no) və  Əli Vahidov (f-no) Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.

Tədbirdə bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən, “Əbədiyyət” simfoniyasından, Fortepiano və simfonik orkestr üçün konsertindən videoyazılar nümayiş olunmuşdur.

Sonda Arif  Məlikovun nəvəsi Aminə Məlikova tədbirin təşkilinə görə dərin minnətdarlığını bildirmişdir.

XƏBƏRLƏR

17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib
13.02.2020 09:38
UNESKO-nun sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin görüşü olub