Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1199

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mixail Parxomovski ilə görüş keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 11 fevral 2020-ci il tarixində tanınmış skripkaçı, həmvətənimiz, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin tələbəsi, Rusiyanın Əməkdar artisti, Moskva, Sibir və İsrail skripkaçılar ansambllarının yaradıcısı və bədii rəhbəri, bəstəkar, aranjemançı Mixail Parxomovski ilə görüş keçirilmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova fəxri qonağı salamlayaraq giriş sözü ilə çıxış etmişdir. Görüşdə M.İ.Parxomovski Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Azərbaycan bəstəkarları - Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Oqtay Kazımov, dünya bəstəkarları – İ.S.Bax, İ.Brams, G. Hendel, V. A. Motsart, P.İ.Çaykovski, N. Rimski-Korsakov, S.Raxmaninov və başqa bəstəkarların əsərlərinin skripkaçılar ansamblı üçün özünün müəllif işləmələrini (Ümumilikdə : 232 partitura), foto, qramval və disk hədiyyə etmişdir.

M.İ.Parmoxovski Bakıya gəlməsində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etmə fikrinin reallaşmasında göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayevə, böyük dostu, bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Fərəc Qarayevə öz dərin təşəkkürünü bildirmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Mixail Parxomovskinin yaradıcılıq fəaliyyəti, təhsil illəri, konsert fəaliyyəti haqqında danışmışdır. Sonra M.İ.Parxomovski həyatının Bakı dövrü və yaradıcılığında böyük rol oynamış “musiqi atası” adlandırdığı müəllimi, dahi bəstəkar Qara Qarayev haqqında xatirələrini tamaşaçılarla bölüşmüşdür. Alla Bayramova muzeyin nəşri olan “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının M.İ.Parxamovskiyə hədiyyə etmişdir.

Görüşün bədii hissəsində Azərbaycan Dövlət Simli Kvarteti və Bakı Musiqi Akademiyasının “Detaşe” Violinoçular Ansamblının (Bədii rəhbər - Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra Quliyeva) ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.

“Aziz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Nübar Həsənova təbrik çıxışı etmişlər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi