Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1044

Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Muzeyin əməkdaşları bəstəkarın həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada anadan olub. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirib, 1936-cı ildə Bakıya köçüb və əmisi Ü.Hacıbəylinin ailəsində yaşamağa başlayıb. Orta məktəbi bitirəndən sonra Bakı Musiqi Məktəbində A.Kolpinskinin truba sinfinə daxil olub. 1939-cu ildə məktəbi bitirən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasına, B.Zeydmanın sinfində bəstəkarlıq fakültəsinə daxil olub. 1946-cı ildə Konservatoriyanı bitirib.

1939-1940-cı illərdə Konservatoriyanın tələbəsi olarkən Bakı Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) dirijorluq edib. 1940-1942-ci illərdə Müslüm Maqomayev adına Filarmoniya Cəmiyyətinin Azərbaycan Sazçı Qızlar Ansamblına başçılıq edib. 1942-1945-ci illərdə Bakı Filarmoniya Orkestrinin bədii rəhbəri, 1947-ci ildən direktoru olub.

1948-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1955-1962-ci illərdə direktoru vəzifələrində çalışıb.

1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, 1965-ci ildən professoru, 1969-cu ildən rektoru işləyib.

Bəstəkar 1974-cü il sentyabrın 19-da vəfat edib, Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Soltan Hacıbəyov özündən sonra böyük musiqi irsi qoyub gedib. O, “Qızılgül” musiqili komediyasını (1940), “İsgəndər və çoban” (1947) uşaq operasını, “Gülşən” baletini (1950), orkestr üçün 2 simfoniya (1944,1946), “Karvan” simfonik lövhəsini (1945), uvertüra (1956), konsert (1964), skripka ilə orkestr üçün konsert (1945), instrumental və vokal pyeslər, Xalq Çalğı Alətləri Orkestri üçün əsərlər, romanslar, mahnılar, dram tamaşalarına, o cümlədən S.Vurğunun “Xanlar” (1944), C.Cabbarlının “Yaşar”, “Aydın” (1957, 1959) əsərlərinə musiqi bəstələyib.

Tədbirdə Musiqi Mədəniyyəti Muzeyinin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra gənc musiqiçilərin Soltan Hacıbəyovun 100 illiyinə və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş Respublika festivalının diplomantlarının konserti olub.

XƏBƏRLƏR

20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb