Azərbaycan Dövlət Musiqili Teatrı növbəti səfərə yola düşür. Dövlət Musiqili Teatrının kollektivi 20 iyun tarixində cəbhə bölgəsində - Ağdam şəhərində çıxış edəcək. Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən baş tutacaq. Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.