Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
107

Musiqili Teatrda rejissorlar üçün ustad dərsləri

Fransada yaşayan həmyerlimiz - rejissor Emil Səlimov Azərbaycan Dövlət Musiqili Teatrında olub, teatrın rəhbərliyi və aktyor heyəti ilə görüşüb.

Media nümayəndələrinin də böyük maraqla izlədiyi görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, əvvəlcə peşəkar rejissor məktəbinin layiqli nümayəndəsi Emil Səlimov barədə geniş məlumat verib. Bildirib ki, E.Səlimov dünya teatr məkanında xüsusi çəkisi olan rejissordur. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının səhnə rejissorluğu fakültəsinin məzunudur. Bir müddət öz ixtisası üzrə Rusiyada çalışsa da, sonralar Fransaya köçüb və artıq 35 ildir ki, vətəndən uzaqlarda yaşayır. E.Səlimov təkcə Fransada deyil, dünyanın müxtəlif ölkələrində teatr hərəkatlarında hərəkətverici qüvvə kimi tanınır. Parisdə onun müəllifi olduğu “Emil Səlimov metodu” adlı teatr məktəbi fəaliyyət göstərir.

Uzun ayrılıqdan sonra doğma vətənində olduğuna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan E.Səlimov səmimi söhbətin ardınca teatrın bütün gənc aktyorlarını səhnəyə dəvət edib, onlara ustad dərsləri keçib və qısa vaxt ərzində qarşılıqlı olaraq gözəl nəticə əldə edib.

Dünyanın bir çox teatrlarında tamaşalara quruluş vermiş rejissor Musiqili Teatrda keçdiyi ustad dərsində gənc sənətçilərdə təkcə nitq vasitəsilə deyil, şüuraltı olaraq mimika, jestika, bədən dili ilə söhbətləşmə vərdişlərini möhkəmləndirən, tamaşaçını inandırmaq bacarığını aşılayan məşğələlər aparıb.

XƏBƏRLƏR

14.11.2018 12:47
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018 12:14
Həsənağa Turabova həsr olunan xatirə tədbiri keçiriləcək
14.11.2018 12:12
Mehdi Hüseynzadənin anım günü keçiriləcəkdir
14.11.2018 12:09
Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib
14.11.2018 10:25
Xızıda “Yarımçıq xatirələr” filmin nümayişi təşkil olunub
14.11.2018 09:45
Bəstəkarlar İttifaqında Vasif və Rauf Adıgözəlov qardaşlarının xatirəsinə həsr olunan konsert təşkil edilib
14.11.2018 09:40
Beynəlxalq Muğam Mərkəzində növbəti tədbir Xalq artisti Baba Mahmudoğluna həsr edilib
13.11.2018 17:08
Azərbaycan stendində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə görüş keçirilib
13.11.2018 14:11
Azərbaycan Respublikasının mədəniyyət naziri Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək
13.11.2018 11:52
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsində
13.11.2018 09:44
Daşkənddə “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfrans keçirilib
12.11.2018 17:46
Gənc musiqiçilər Agdaş şəhərində maraqlı konsert proqramı ilə çıxış ediblər
12.11.2018 17:45
Şəkidə “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı növbəti tədbir keçirildi
12.11.2018 15:45
Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir
12.11.2018 14:56
“START” Beynəlxalq Qısa Filmlər Festivalında 100 ekran əsəri yarışacaq
12.11.2018 10:05
Lənkəranda keçirilən Çay, çəltik və sitrus festivalı bu sahələrin inkişafını təcəssüm etdirir
12.11.2018 09:33
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi İstanbul Kitab Fuarında qeyd olunub
12.11.2018 09:01
Ölkəmiz İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisində layiqincə təmsil olunub
09.11.2018 15:18
Akademik Milli Dram Teatrı Zaqatala, Balakən və Qaxda “Vəsiyyət” tamaşasını təqdim edib
09.11.2018 14:31
Xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilib
08.11.2018 21:26
Türkiyədə “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya” və “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub
08.11.2018 20:49
Azərbaycan Dövlət Teatr Muzeyində növbəti tədbir Dövlət Bayrağı Gününə həsr olunub
08.11.2018 20:43
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Daşkənddə özbək dilində işıq üzü görüb
08.11.2018 20:09
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilib
08.11.2018 19:58
Bakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018 19:34
Ağdaşda Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirildi
08.11.2018 17:48
“Mədəniyyət+Afişa” nəşrinin ilk sayı böyük maraq doğurub