Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
994

Musiqili Teatrda yeni tamaşaya baxış keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus olan “Əsarətdən cəsarətə” adlı tamaşaya baxış keçirilib.

Tamaşanın süjet xəttində dövrün ən aktual problemlərindən biri - cəmiyyətdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətlərinə neqativ təsir göstərən, cinayətlərin ilbəil artmasına gətirib çıxaran narkomaniyanın törətdiyi fəsadların bir gənc ailənin faciəsinə necə yol açdığı göstərilir.

“Fərid və Pərvin maddi sıxıntı çəksə də, sakit və firavan ömür sürürdülər. Bu cütlüyün yaşam düzənini pozan səbəb isə ailə başçısının narkotik vasitələrdən asılılığı - böyük dərdə mübtəla olmasıdır. Sanki zaman ötdükcə qəlbinə iblis girmiş bu insanın davranışı, həyat tərzi, ailə-uşağa qarşı münasibəti tədricən dəyişilir. Vaxtı ilə əziz və dəyərli varlıq saydığı sevimli qadını da artıq onun üçün arxa plana keçir, narkotik vasitələrin verdiyi həzz hər şeydən və hamıdan üstün olur. Hətta Pərvin də ərini dəhşətli bəladan xilas edə bilmir, əksinə, iblisləşmiş ər vaxti ilə həyatının mənası, canı-ciyəri olan Pərvinə də əl qaldırır, öz cavan ömrünə balta çaldığı kimi, onun da qatilinə çevrilir. Narkomaniya - elə bəladır ki, ondan qurtuluş yoxdur, geriyə dönüşü olmayan yoldur. Tamaşada gənclərimizə bədii vasitələrlə çatdırmaq istəmişəm ki, ümumiyyətlə, pis vərdişlərdər uzaq olsunlar, xərçəng kimi iradələrinə sarılan “narkomaniya” adlı xəstəliyə düçar olmasınlar və beyinlərindəki düşünmə mexanizmini dəyişdirən, pis yola sürükləyən “iblis”dən uzaq dursunlar. Qeyd edim ki, tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib gəlib, Quba və Qusar rayonunda gənclər qarşısında nümayiş olunub”-deyə Sevda Məmmədova bildirib.

Teatrın ədəbi hissə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova səhnə əsərinin nümayişindən sonra yaradıcı heyət və tamaşa barədə fikirlərini bildirib: “Tamaşanın mövzusu çox aktualdır. Cəmiyyətin bəlası olan narkomaniyaya qarşı hamımız birgə mübarizə aparmalıyıq.  Ən yaxşı üsullarından biri də yeniyetmə və gənclər arasında maariflənmə işlərininin aparılmasıdır. Bu tamaşa orta məktəblərin yuxarı sinif şagirdləri və gənclər üçün nəzərdə tutulan ən effektli təbliğat vasitəsi ola bilər.  Qoy, gənclərimiz bu bəladan uzaq olsun, sağlam yaşasınlar. Əgər uçurumun kənarındadırlarsa, geri çəkilsinlər. Tamaşadan alınan nəticə budur.”

 

 

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb