Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4346

Musiqinin müxtəlif janrlarında şah əsərlər yaradan dahi bəstəkar

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli musiqi gününə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Üzeyir Hacıbəylinin ömür yolundan və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, həyatını başdan-başa xalqının tərəqqisi yolunda fəda edən böyük ziyalı hər bir sahədə istedad və bacarıq nümayiş etdirib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Üzeyir Hacıbəyli musiqisinin bənzərsizliyi və əbədiyaşarlığından söz açdı. Bildirdi ki, dаhi bəstəkar 1908-ci ildə ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində оpеrа sənətinin əsasını qoyub. Yaradıcılığında hər zaman milliliyi qoruyub saxlayan Üzeyir bəy ölməz əsərlərində Azərbaycan milli musiqisindən, muğamlarımızdan bəhrələnib. O, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” və digər operaları, eləcə də digər janrlarda çoxsaylı əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin zənginliyini, bənzərsizliyini nümayiş etdirib.

Nazir müavini qeyd etdi ki, Üzeyir Hacıbəylinin o dövr Azərbaycanın məişətinin, xalq adət və ənənələrinin əksini tapdığı “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” musiqili komediyaları bu gün də teatrlarımızı bəzəyir: “Üzeyir Hacıbəyli Azərbaycanın dövlət himninin musiqisinin də müəllifidir. Xalqımız, sözün həqiqi mənasında, xoşbəxtdir. Çünki onun Üzeyir bəy kimi dahisi var”. Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ölkəmizin mədəni həyatında xüsusi yer tutan festival bu il 10-cu dəfə keçirilir.

Sevda Məmmədəliyeva çıxışının sonunda qeyd etdi ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə tezliklə Azərbaycanın musiqi və sənət beşiyi Qarabağ işğaldan azad ediləcək, bu musiqi bayramını dahi bəstəkarın ata yurdu Şuşa şəhərində keçirəcəyik. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, dahi bəstəkar parlaq şəxsiyyəti, bənzərsiz yaradıcılığı ilə Azərbaycan xalqının qəlbində daim yaşayacaq: “Üzeyir Hacıbəyli ilə bağlı hər bir məlumatı təkrar-təkrar xatırlamaq bizim üçün şərəfdir. Musiqinin müxtəlif janrlarında şah əsərlər yaratmaq hər sənətkara nəsib olmur. Üzeyir bəy musiqimizə yeni formalar gətirib”.

Firəngiz Əlizadə qeyd etdi ki, Bəstəkarlar İttifaqı tərəfindən “Üzeyir Hacıbəyli” medalı təsis olunub. O, medalı Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov və professor Telman Ağdamskiyə təqdim etdi.

Xalq artisti, rejissor Əflatun Nemətzadə, professor Telman Ağdamski çıxış edərək böyük musiqiçinin zəngin yaradıcılığından söz açdılar. Bildirildi ki, Üzeyir bəy 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romans, kamera və xor əsərləri yazıb.

Çıxışlardan sonra Bakı Musiqi Akademiyasının I kurs tələbələri Elyar Əliyev, Sübhan Rüstəmov, Vyana Konservatoriyasının I kurs tələbəsi Arzu Niyazi və başqalarının ifasında dahi bəstəkarın “Sənsiz”, “Sevgili canan” romansları və digər əsərləri səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi