Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2619

“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı  M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “ Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib.

Müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada (vokal və estrada) üzrə mübarizə aparıblar. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

İlk öncə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Daha sonra qaliblər mükafatlandırılıb.

Vokal nominasiyasında müxtəlif yaş qruplarında 1-ci yerə M. Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Əliyev Fikrət, Abbaslı İlyas, Həmzəyeva Səma, 2-ci yerə-  G.Şaroyev adına 35 №-li 11 illik musiqi məktəbinin şagirdi Həsənzadə İsgəndər, 5 №-li uşaq incəsənət məktəbinin şagirdi Səfərli Aydan, Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Quluzadə Zeynəb, 3-cü yerə isə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Əhməd Xəyal, Ağabəyli Mehriban, 33 №-li uşaq musiqi məktəbinin şagirdi Novruzov Əli layiq görülüblər.

Estrada ifaçılığı nominasiyasında: 1-ci yerə C.Hacıyev adına 3 №-li 11 illik musiqi məktəbinin şagirdi Məmmədov Emin, 2-ci yerə 24 №-li 11 illik musiqi məktəbinin şagirdi Həsənzadə Rəşad, 3-cü yerə T.Quliyev adına 12 №-li 11 illik musiqi məktəbinin şagirdi  Baxşəliyeva Suel layiq görülüblər.

Sonda qaliblərin ifasında qala konsert təqdim olunub.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib