Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2591

Müslüm Maqomayevin xatirəsi yad olundu

Avqustun 17-si görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 76-cı ili tamam oldu. Bu münasibətlə I Fəxri xiyabanda dünya şöhrətli musiqiçinin məzarı ziyarət olundu, abidəsi önünə əklil qoyuldu, tər çiçəklər düzüldü.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov, Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, eləcə də tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirdə çıxış edən kinorejissor, Xalq artisti Eldar Quliyev bildirdi ki, bu gün mədəniyyətimiz üçün əlamətdar tarixdir. Azərbaycan və Rusiya mədəniyyətinə böyük töhfələr vermiş unudulmaz Müslüm Maqomayevin doğum günüdür: “O öz ifası ilə milyonlarla insanın qəlbində yaşayır. Biz fəxr edirik ki, belə bir sənətkarın müasiri olaraq onun yaradıcılıq yolunu izləmək şansı qazanmışıq, ifalarından zövq almışıq. Onunla dost olmaq mənim üçün şərəf idi. Müslümlə bir vətəndaş, bir musiqiçi kimi fəxr edirəm”.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşdü. Müğənni ilə Bülbül adına Orta ixtisas musiqi məktəbində birgə təhsil aldıqları illərə nəzər saldı. Dünya şöhrətli musiqiçinin populyarlıq qazanması və ulduz kimi bütün dünyada parlamasından söz açdı.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxışı zamanı diqqətə çatdırdı ki, bir sənətkar haqqında nə qədər çox danışırıqsa, onu bir o qədər də yaxından tanıtmağa nail oluruq: “Müslüm Maqomayev milyonlarla insanın sevimlisi idi və hər iki ölkəni sevərək tərənnüm edirdi. Onu sevirdilər, sevirlər və sevəcəklər”.

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya unudulmaz ifaçını yad etməyə gələn hər kəsə dərin təşəkkürünü bildirdi: “Mənim üçün Müslüm haqqında danışmaq çox çətindir. Çünki onu bir an belə unutmuram. Hər il onun ad günündə bura gələn, Müslümü unutmayan insanlara minnətdaram. Siz onun xatirəsini özünüzlə evlərinizə və bütün Bakıya ötürürsünüz. Ondan danışır, gənc nəslə tanıdırsınız. Bu isə Müslümün xatirəsinin əbədi yaşaması deməkdir”.

Bakı Nobel İrsi Fondunun rəhbəri Toğrul Bağırov, Özbəkistandan gəlmiş müğənni Xurşənd Serov çıxışlarında Müslüm Maqomayevin unikal şəxsiyyət, təkrarsız ifaçı olduğunu vurğuladılar.

Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilib. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb. 

O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirib.

Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar,  Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq  məhəbbəti qazanmışdı.

O, 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və başqa ölkələrdə böyük uğurla çıxış edib.

Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi