Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2296

“Muzey və bərpa işi mədəni irsin mühafizəsi kontekstində:müasirliyin aktual çağırışları” adlı beynəlxalq konfrans

2017-ci ilin 5–9 iyun tarixlərində Ukraynanın Kiyev–Peçorsk Milli Tarixi Mədəni Qoruğunun təşkilatçılığı Ukrayna Bərpaçılar Forumu və Forum çərçivəsində  6–7  iyun tarixlərində “Muzey və bərpa işi mədəni irsin mühafizəsi kontekstində: müasirliyin aktual çağırışları” adlı beynəlxalq konfrans keçirildi. Forumun və konfransın  keçirilmə məqsədi muzeylərdə və şəxsi kolleksiyalarda mədəni irsin mühafizəsinin müasir vəziyyətinin problemlərini, tarıxı abidələrin bərpasının təmin olunmasını və bərpa işinin inkişafının muzeyşünaslıq kontekstindən tədqiqini müzakirə etməkdən ibarətdi. Bununla əlaqədar  Kiyev–Peçorsk Milli Tarixi Mədəni Qoruğunun baş direktoru Lyubomir Mixaylina tərəfindən dəvət alan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova həmin konfransda iştirak etmişdir. 

Forum müddətində Zərifə Məlikova Ukraynanın Kiyev-Peçorsk Milli Tarixi Mədəni Qoruğunun və bərpa müəssisələrinin, laboratoriyalarının   iş təcrübəsi ilə yaxından tanış olmuş, foruma qatılan Litva, Yunanıstan,  Polşa kimi bir sıra ölkələrin bərpa sahəsində beynəlxalq təcrübəli ekspertləri  ilə təcrübə mübadiləsi aparmış və bir sıra görüşlər keçirmişdir.  

Forum iştirakçılarına Azərbaycanda bərpa işinin tarixi və inkişafı barədə məlumat verən Zərifə Məlikova bu il yaranmasının 60 illiyini qeyd edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətini əks etdirən buklet və acıqcaları qonaqlara təqdim etmişdir.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib