Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1485

Nazir Əbülfəs Qarayev Bolqarıstan Respublikasının turizm nazirinin müavini ilə görüşdü

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bolqarıstan Respublikasının turizm nazirinin müavini Irena Georgieva ilə görüşdü.

Nazir Əbülfəs Qarayev qonağı salamlayaraq,  17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisində iştirak məqsədilə ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. Həmçinin Bolqarıstanın uzun illərdir artıq Bakıda keçirilən bu sərgidə xüsusi quraşdırılmış milli stendlə iştirak etməsinin və hər il Bolqarıstanın turizm şirkətlərinin və mehmanxanalarının təmsil olmasının məlum olduğunu bildirdi.

Nazir Azərbaycan-Bolqarıstan arasında turizm sahəsində sazişə əsasən iki ölkə arasında layihələrin daha da sürətləndirilməsi və turizm sənayesi nümayəndələrinin 2018-ci il ərzində qarşılıqlı info-turlarının keçirilməsinə zərurət olduğunu qeyd etdi. Həmçinin, Azərbaycanın turizm potensialına son illər daha çox marağın olduğunu nəzərə alaraq, müxtəlif ölkələrdən olan turistlər üçün bir sıra turizm məhsullarının təklif olunduğunu bildirdi.

Nazir müavini Irena Georgieva nazirə səmimi qəbula görə təşəkkürünü bildirərək, Bolqarıstanın bir çox seqmentlər üzrə Azərbaycan turistlərinə cəlbedici olabiləcəyini qeyd etdi və Azərbaycan tərəfinin təkliflərini dəstəklədiyini, işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini vurğuladı.

Daha sonra Bakı-Sofiya arasında “Butaairways” aviaşirkəti vasitəsilə uçuşların həyata keçirildiyini nəzərə alaraq, turist mübadiləsi üçün qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi və birgə fəaliyyət planının hazırlanması qərara alındı.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib