Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1959

Nazir Əbülfəs Qarayev Qazaxıstan nümayəndə heyəti ilə görüşdü

İyunun 14-də mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikasının Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Azərbaycana səfəri çərçivəsində iyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi ilə bağlı təəssüratlarını bölüşdü. Qeyd olundu ki, ölkələrimiz arasında dostluq əlaqələri ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayevin möhkəm dostluq telləri üzərində daha da möhkəmlənib. İki ölkə rəhbərinin xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına göstərdiyi səylər, tarixi səfərlər, qarşılıqlı əlaqələrdəki isti münasibətlər bu gün də qorunur və yüksələn xətt üzrə inkişaf edir.

Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət sahəsindəki mövcud əməkdaşlıq əlaqələrindən söz açdı. Ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğunu diqqətə çatdıran nazir vurğuladı ki, bu tarixi, milli bağlılıq səbəbindən iki qardaş ölkə bütün beynəlxalq tədbirlərdə birgə rəylə çıxış edir. Azərbaycanın Qazaxıstanla hərtərəfli əməkdaşlığı mövcuddur və bu əlaqələr daha da genişlənir.

Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olmasının əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayevin çox yaxın dostluğunun dayandığını vurğuladı. Diqqətə çatdırdı ki, iki ölkə arasındakı bu dostluq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyanda ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Əbülfəs Qarayev həmçinin TÜRKSOY-un layihələrində ölkələrimizin fəal iştirakını da yüksək qiymətləndirdi. Qeyd etdi ki, “İstanbul - Avropa Mədəniyyətinin Paytaxtı - 2010” mədəniyyət ili çərçivəsində I Beynəlxalq İstanbul Opera Festivalında TÜRKSOY-un təşəbbüsü ilə hazırlanmış “Koroğlu” operasının nümayişində və ümumilik də bu layihədə Azərbaycan və Qazaxıstan da yaxından iştirak edib. Bu tamaşa Bakı, Bişkek, Almatı və Ankara şəhərlərində də böyük uğurla nümayiş olunub.

Nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirdi.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşdü.

Görüşdə Azərbaycanda və Qazaxıstanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, habelə kino və teatr sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edildi.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib