Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2086

Nazir Əbülfəs Qarayev İran nümayəndə heyətini qəbul edib

İyulun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikası mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. 
Nazir qonaqları salamlayaraq iyul ayının 3-dən 8-dək İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinin təşkilindən razılığını ifadə etdi. Bildirdi ki, bu səfər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək. Vurğulandı ki, İranda təşkil olunan ölkəmizin mədəniyyət günləri Azərbaycan mətbuatında geniş işıqlandırılıb.

Əbülfəs Qarayev həmçinin qonağın diqqətinə çatdırdı ki, son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatlar yer alır: “Son günlərdə cəbhə bölgəsində Ermənistan ordusunun mülki vətəndaşlarımızı qətlə yetirməsi ilə bağlı İran mətbuatının Azərbaycana dəstək olmasını yüksək dəyərləndiririk”.

İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını bildirdi. Novruz bayramı və lavaşın müştərək olaraq UNESCO-nun Qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edildiyi diqqətə çatdırıldı: “Ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri dostluğun simvoludur. Ölkə rəhbərlərimiz son 4 ildə 8 dəfə rəsmi şəkildə görüşüblərsə, biz də bu münasibətlərə öz töhfəmizi verməli, əməkdaşlıq sahəsində daha səmərəli fəaliyyət göstərməliyik”.

Daha sonar nazir İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkür məktubu təqdim etdi. İki ölkə arasında mətbuat sahəsində bundan sonra da səmərəli fəaliyyətə ümidvar olduğunu vurğuladı.

İran nümayəndə heyətinin rəhbəri Hüseyn Entezami səmimi qəbula görə təşəkkürünü bildirdi. Dini və mədəni bağlılığı olan iki ölkənin mədəniyyət və turizm sahələrində bundan sonra da əməkdaşlığının vacibliyini qeyd etdi. Bildirildi ki, bu prosesdə mətbuat nümayəndələri də yaxından iştirak etməli, iki ölkənin KİV-ləri arasında infoturlar təşkil olunmalıdır.

Səfərinin məqsədinin İran və Azərbaycan mediası arasında əlaqələrin gücləndirilməsi olduğunu deyən qonaq mədəni diplomatiyanın ölkələr arasında xüsusi əhəmiyyətini vurğuladı.

Görüş zamanı iki ölkə arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb