Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1560

Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellos ilə görüşüb

13 dekabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən söhbət açılmış, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunmuşdur.

Nazir Əbülfəs Qarayev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qeyd etmişdir ki, Azərbaycana Yunanıstandan gələn turistlərinin sayının daha da artırılması üçün qarşılıqlı turizm təqdimatlarının keçirilməsi vacibdir. Bu müstəvidə fəaliyyət inkişafda olan turizm ölkəsi kimi Azərbaycanın daha çox tanıdılmasına xidmət edəcəkdir. Eyni zamanda, mədəni əlaqələrin inkişafından söhbət açan Nazir, Yunanıstan nümayəndə heyətini Bakı Prosesinin 10 illik mərasiminə dəvət etmişdir.

Səfir Nikolaos Kanellos səmimi qəbula görə təşəkkürünü bildirmiş və fəaliyyəti müddətində qeyd olunan əməkdaşlığın inkişafı üçün işlərin həyata keçiriləcəyini qeyd etdi.

Daha sonra Azərbaycan və Yunanıstan arasında mühüm turizm və mədəniyyət tədbirlərində qarşılıqlı iştirak və birgə layihələrin həyata keçirilməsi qərara alındı.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib