Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1325

Nazir Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Tovuz şəhərində keçirilib

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Tovuzdan qəbula yazılmış sakinlər ustad aşıq Mikayıl Azaflının 95 illik yubileyinin keçirilməsi, rayondakı Xalq teatrına milli geyimlərin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Ağstafa rayonundan qəbula gəlmiş vətəndaşların müraciətləri aşıq sənətinin gənc nəslə öyrədilməsi, təbliği, eləcə də saz alətinin hazırlanması üçün yer ayrılması, “Nəsimi ili” çərçivəsində tədbirlərin keçirilməsi, kitabxanalara böyük şairin əsərlərinin yeni nəşrlərinin, onun haqqında kitabların verilməsi, ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması barədə olub.

Qazax sakinləri rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrdən birinə 2017-ci ildə dünyasını dəyişmiş Aşıq Ədalət Nəsibovun adının verilməsi, uşaq musiqi məktəbində yeni instrumental ifaçılıq sinfinin açılması və məktəbin musiqi alətləri ilə təchizatı, işlə təmin olunma barədə müraciət ediblər.

Şəmkir rayonunda İmadəddin Nəsimin 650 illik yubileyinin və Cənubi Qafqazda alman məskənlərinin 200 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, fərdi sahibkarlıq obyektində “Şəmbook” adlı kitab bölməsinin açılmasına dəstək göstərilməsi barədə də nazirə müraciət edilib.

Həmçinin Göygöl rayonu ərazisindəki alman qəbiristanlığına qoruq statusunun verilməsi, vaxtilə Göygöl şəhərində yaşamış alman icmasının nümayəndəsi Viktor Klaynın nazirliyin balansında olan evindən turistik məqsədlə istifadə və digər məsələlərlə bağlı müraciətlər olunub.

Gədəbəy rayonundan qəbula gələn vətəndaşlar mədəniyyət sahəsində təcrübənin öyrənilməsi üçün xarici ölkələrə səfərlərin təşkili, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyinin qeyd olunması, bu məqsədlə müsabiqə və festivalların keçirilməsi barədə xahiş və təkliflərini diqqətə çatdırıblar.

Daşkəsəndən qəbula gəlmiş vətəndaş kitabının nəşrinə köməklik göstərilməsini, digər sakin işarət dilində hazırladığı əyani vəsaitin eşitmə əngəlli insanların istifadəsi üçün kitabxanalara verilməsini xahiş edib.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Qəbuldan sonra mətbuata açıqlama verən nazir yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanın icrası barədə də danışıb. Vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq. Bu zaman birinci növbədə insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

 

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib