Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2908

Nazir müavini Nazim Səmədov “Caspian European Club” və “Caspian American Club”un iclasında iştirak etmişdir

Cari ilin 18 oktyabr tarixində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Caspian European Club” və “Caspian American Club”un iclasında fəxri qonaq qismində iştirak etmişdir.

İclasda Caspian European Club və Caspian America Club-un Sədrinin 1-ci müavini və Baş İcraçı Direktoru cənab Telman Əliyev, sözügedən təşkilatın idarə heyətinin üzvləri, Meksika, Xorvatiya və Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirləri, 8 ölkənin Azərbaycan Respublikasındakı Səfirliklərinin əməkdaşları, 60-a yaxın turizm və aidiyyəti sahələr üzrə özəl şirkət nümayəndələri iştirak etmişdir.

İclas çərçivəsində çıxış edən Nazim Səmədov son iki il ərzində ölkəmizə gələn xarici turistlərin sayında, eləcə də digər statistik göstəricilər üzrə müşahidə edilən artım, Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti, Turizm Şurasının fəaliyyəti və gələcək planları, Bakı Ticarət Festivalı, ölkəmizdə Çimərlik turizminin inkişafı və bu istiqamətdə görüləcək işlər və s. barədə ətraflı məlumat vermişdir.

Çıxışdan sonra nazir müavini özəl şirkət nümayəndələri tərəfindən səsləndirilən suallara cavab vermişdir. Tədbirin yekununda Telman Əliyev Nazim Səmədova Fəxri Klub üzvlüyü sertifikatını təqdim etmiş və xatirə şəkli çəkilmişdir.

Məlumat üçün bildirək ki, Caspian European Club sıralarında dünyanın 50 ölkəsinin 5 000-dən artıq şirkət və təşkilatını birləşdirən, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində fəaliyyət göstərən  və dinamik inkişaf edən regional təşkilatdır. Yarandığı ilk gündən Caspian European Club-un sədri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdir. Təşkilatın mütəmadi olaraq keçirdiyi tədbirlər biznes nümayəndələri və dövlət strukturları arasında uğurlu dialoqun qurulmasına xidmət göstərir.  

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib