Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3064

Nazir müavini Nazim Səmədov ilə Koreya Respublikasının nümayəndə heyəti arasında görüş keçirildi

2017-ci ilin 15 avqust tarixində mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üzvü Nazim Səmədov ilə Koreya nümayəndə heyəti arasında görüş keçirildi. Nümayəndə heyətinin tərkibinə Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında, həmçinin Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının nümayəndələri Lee Ju-young, Kim Seang-tae, Kim Sung-chan, Park Kyung-mee, Milli Assambleyanın Baş direktoru Cho Yong-tak və direktoru Kim Mi-hyun, “Step” fondunun direktoru Do Young-sin və Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri daxil idi.

Görüşdə Azərbaycan Respublikası və Koreya Respublikası arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Görüş iştirakçıları hər iki ölkənin zəngin turizm potensialından istifadə edərək qarşılıqlı turist axının, o cümlədən xalqlararası məlumatlılığın və anlaşmanın təşviqi məqsədilə birgə addımlar atılmasının əhəmiyyətini qeyd etdilər.

İki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə Nazirliyin təşkilati dəstəyi ilə keçiriləcək tədbirlər, o cümlədən cari ilin 17 sentyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycan və Koreya nümayəndələrinin iştirakı ilə təşkil olunacaq sərgi, taekvando yarışı, milli mətbəxin təqdimatı və musiqili proqram barədə məlumat verildi və Azərbaycan tərəfi sözügedən tədbirlərdə iştiraka dəvət olundu.

Həmçinin Koreya tərəfi növbəti Dünya Skaut Konfransının 2023-cü ildə məhz Koreyada keçirilməsi məqsədilə seçimlər zamanı Azərbaycan tərəfindən dəstək göstərilməsini xahiş etdi.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel