Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2433

Nazir müavini Nazim Səmədov Mərakeş Krallığının Səfiri Mohamed Adil Embarşla görüşdü

2018-ci il 17 yanvar tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş arasında görüş keçirildi.

Görüş zamanı Azərbaycan ilə Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi və müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirildi.

Nazim Səmədov son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra böyük islahatların həyata keçirildiyini və görülən işlərin sayəsində digər sahələrlə yanaşı, Azərbaycanda turizmin də sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdırdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndən söhbət açaraq, Nazim Səmədov, bu sənədi Azərbaycan ilə digər ölkələr arasında turizm sahəsində əməkdaşlığa töhfə verəcək təqdirəlayiq addım kimi qiymətləndirdi və tədricən Mərakeş Krallığı ilə turizm sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə etdi.

Səfir son bir neçə ildə Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində ölkəsinin təmsil olunduğunu, bunun Azərbaycandan potensial turistlərin Mərakeşə cəlb olunması üçün çox effektiv vasitə olduğunu qeyd etdi və Azərbaycan tərəfinin də Mərakeş Krallığında keçirilən beynəlxalq turizm yarmarkasında iştirak etməsinin, həmçinin ölkələrimiz arasında birbaşa reyslərin açılmasının da mühüm rol oynaya biləcəyini vurğuladı. Bundan başqa, cari ilin aprel ayında keçirilməsi planlaşdırılan növbəti Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi çərçivəsində turizm şirkətləri nümayəndələri üçün seminarın təşkil edilə biləcəyini bildirdi.

Bundan əlavə, Nazim Səmədov Səfir Mohamed Adil Embarşa Azərbaycan Turizm və Menecment Universiteti barədə məlumat verərək, artıq bir sıra ölkələrin turizm təhsili üzrə aparıcı təsisatları ilə müqavilələrin imzalandığını və həmin sənədlərə əsasən uğurla tələbə mübadiləsinin həyata keçirildiyini bildirdi və əməkdaşlıq yaradılması məqsədilə Mərakeş Krallığının bu sahə üzrə tanınmış qurumları ilə maraqlandı. Səfir cavab olaraq Mərakeşin Tanjer şəhərində yerləşən Ali Ümumdünya Turizm İnstitutunu diqqətə çatdıraraq, orada təhsilin ərəb və fransız dillərində aparıldığını və Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığın yaradılması təklifinin diqqətə layiq olduğunu bildirdi.

Sonda Səfir səmimi qəbula görə minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi