Nazir müavini Sevda Məmmədəliyeva Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aksel Vex ilə görüşdü
1729
27.07.2017
27.07.2017 05:23
2017-ci ilin 27 iyul tarixində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aksel Vex arasında görüş keçirildi.
Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirildi.
Sonda səfir səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirdi.