Nazirliyin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb
5561
19.11.2018
19.11.2018 11:42
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2018-ci il tarixli qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
Yeni qurum Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin əsasında təşkil olunub.
Mədəniyyət Nazirliyinin təklifi əsasında yaradılan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilib.
Mədəniyyət Nazirliyinə bir ay müddətində mərkəzin Əsasnaməsini və strukturunu təsdiq etmək və Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.