Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
672

Neftçilərin Üzeyir Hacıbəyli festivalına musiqi töhfəsi

Sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” və “Əsrin müqaviləsi”nin 25-ci ildönümüdür. 1994-cü ilin 20 sentyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və dünyanın aparıcı neft kompaniyaları arasında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi haqqında beynəlxalq müqavilənin imzalanması ilə ölkəmizin müstəqil neft strategiyasının əsası qoyulub. Ulu öndər Heydər Əliyevin banisi olduğu bu strategiya XXI əsr Azərbaycanın, yeni dövlət quruculuğunun möhkəm iqtisadi, geosiyasi sütunu oldu. Bu o dövr üçün dünyanın ən böyük neft müqaviləsi idi və miqyasına, strateji mahiyyətinə uyğun bir adla tarixə həkk olundu – “Əsrin müqaviləsi”.

Sentyabrın 20-də saat 20:00-da Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı təqdim olunacaq. Bu günlər ölkəmizdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə bir vaxta təsadüf edən konsert proqramı eyni zamanda neftçilərin bu musiqi bayramına töhfəsidir.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin (dirijor Əyyub Quliyev) müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış edəcək. Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səslənəcək.

Konsert Üzeyir HacıbəyliKoroğlu” operasından “Uvertüra” ilə başlayacaq. Daha sonraKoroğlu” operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin “Daisi” operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bey Kaptanzadənin “Efem” türküsü (solist Levent Gündüz) səslənəcək.

Proqramda həmçinin Polad Bülbüloğlunin “Eşq və ölüm” baletindən “Cəngi”, Tofiq Quliyevin “Sənə də qalmaz” (solistlər Samir Cəfərov və Levent Gündüz) mahnısı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası (Samir Cəfərov, Georgi Davitadze), italyan mahnılarından ibarət  popurri (üç tenorun ifasında), Cakomo Puççininin “Turandot” operasından Kalafın ariyası (üç tenor), “Qranada” və “Xalq Heydər” (hər ikisi üç tenorun ifasında) mahnıları təqdim olunacaq.

XƏBƏRLƏR

21.02.2020 09:37
Mariya Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib