Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
575

Nəsiminin 650 illiyi Teatr Xadimləri İttifaqında qeyd edildi

İyunun 20-də Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə tədbir keçirildi və “Ənəlhəqq” tamaşa-kompozisiyası təqdim olundu.

Teatr Xadimləri İttifaqında təşkil olunan tədbiri qurumun sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq iştirakçıları salamladı. Bildirdi ki, ölkə başçısının müvafiq sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər, sənət təqdimatları keçirilir. Mədəniyyət Nazirliyi ilə YAP arasında mədəni irsimizin təbliği ilə bağlı əməkdaşlıq barədə də məlumat verən H.İsmayılov keçirilən tədbirin bu əməkdaşlığın nümunəsi olduğunu dedi.

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsini yüksək qiymətləndirdi. Bildirdi ki, 2017-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-da Nəsiminin vəfatının 600 illiyinin qeyd olunması ilə o, Azərbaycan şairi kimi bir daha dünyaya təqdim edildi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında vurğuladı ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın mədəni, ədəbi irsinə diqqət və qayğısı sayəsində 1973-cü ildə Nəsiminin 600 illiyi qeyd edildi, balet bəstələndi, film çəkildi, əsərlər yazıldı və hamımız böyük şairi, onun zəngin irsini daha yaxşı tanıdıq. Nəsimi həm də Azərbaycan dilində ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Nəsimi deyəndə gözlərimizin qarşısında təkcə şair, mütəfəkkir yox, cəsarətli insan canlanır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin yaradıcılığı ilə bağlı alimlərin araşdırmaları haqqında mülahizələrini bölüşdü, ədəbiyyat dərsliklərdə yer almayan maraqlı faktları açıqladı. Bildirdi ki, Nəsiminin adı Azərbaycan ədəbiyyatına dair kitablara, ədəbiyyat tariximizə rəsmi olaraq 1926-cı ildə daxil edilib. Bu, Salman Mümtazın xidmətidir. Akademik Nəsiminin 600 illik yubileyinin hazırlanması barədə də danışdı. Bildirdi ki, tədbirlər planı Moskvada, Kremldə təsdiq olunurdu deyə, yubiley bir neçə il gecikdi. Nəsimi yeganə Azərbaycan şairi və görkəmli şəxsiyyətidir ki, əlli ildə yubileyi iki dəfə UNESCO-da qeyd edilib.

Xalq artisti Rasim Babayev “Nəsimi” filminin çəkilişindən söz açdı: “Xoşbəxt aktyorlardanam ki, savadlı alimlərdən, xüsusilə də Əli Fəhmidən Nəsimini  öyrənmişəm. Biz Nəsiminin şəklini görməmişdik, xatirələr oxumamışdıq. Onun poeziyasından, fəlsəfəsindən çıxış edərək obraz üzərində işlədim. Bu film Azərbaycan kinematoqrafiyasının uğuru idi. İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi böyük aktyorlar ilə çəkiliş meydanında rastlaşanda ayaqlarım əsirdi. Bir aktyor kimi Nəsiminin geniş kütləyə tanıdılmasında xidmətim olubsa, xoşbəxtəm”.

Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin iştirakı ilə "Ənəlhəqq" tamaşa-kompozisiyası nümayiş olundu.

XƏBƏRLƏR

19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq