Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
631

Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub

Fevralın 14-də “Azərkitab-Kitab Mərkəzi”nin, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə görkəmli jurnalist, tanınmış ictimai xadim, pedaqoq Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açaraq Nəsir İmanquliyevin Azərbaycan mətbuatında xüsusi rolunu vurğulayıb və onun yaradıcılığı ilə bağlı fikirlərini səsləndirib.

Görkəmli jurnalistin uzun müddət rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetlərinin nəinki Azərbaycanda, eləcə də keçmiş sovetlər ittifaqında daim diqqət mərkəzində olduğunu deyən BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli müəllimi barədə xatirələrini bölüşüb: “Onun tələbələri xoşbəxt idi ki, əllərində Nəsir müəllimin simasında “Bakı” və “Baku” kimi iki gündəlik qəzet laboratoriyası vardı. O, adi müxbirlikdən başlayaraq qəzet redaktorluğuna qədər yüksəlmiş və jurnalistikanın nəzəri problemləri üzərində çalışmışdı. Amma onun şah əsəri yetişdirdiyi, peşə sahibinə çevirdiyi tələbələri idi. Həmin tələbələrin bir çoxu indi yaşlı nəslin, xeyli hissəsi yeni dövrün qələm sahibləridir. Onu dəqiq bilirəm ki, Nəsir müəllimin tələbəsi olmuş jurnalistlər öz peşəsinə heç vaxt etinasız yanaşmayacaqlar. Çünki onların hər birinin qəlbində Nəsir İmanquliyevin klassik ənənələrdən yoğrulmuş müəllim sözü, müəllim həqiqəti var”.

Tədbirdə akademik Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə, tanınmış jurnalist Elçin Şıxlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək Nəsir İmanquliyev yaradıcılığından, onun jurnalistika məktəbindən danışıblar.

Çıxışlarda qeyd edilib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistika tarixində mövqeyi və rolu olan şəxsiyyət idi. Onun 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetləri o dövrün digər mətbu nəşrləri üçün örnək olub.

Məlumat verilib ki, kitabda öz monoqrafiyaları, publisistik yazıları, təşkilatçılıq və redaktorluq məharəti ilə milli mətbuatımızın inkişafına töhfələr verən Əməkdar jurnalist Nəsir İmanquliyevin ömür yolundan bəhs edilir. Vurğulanıb ki, burada toplaşanların böyük əksəriyyəti sözün həqiqi mənasında mətbuat fədaisi olan Nəsir müəllimin tələbələri, onu yaxından tanıyan insanlardır. Kitabda onunla bağlı çoxsaylı fikirlər, xatirələr toplanıb. Dövrünün görkəmli şəxsiyyətləri - Üzeyir bəy Hacıbəyli, Niyazi, Qara Qarayev, Rəsul Rza, İmam Mustafayev, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Şirməmməd Hüseynov və başqaları onun haqqında yüksək fikirlər söyləyiblər. Kitaba, həmçinin Nəsir İmanquliyevin ictimai-siyasi, elmi-pedaqoji, təşkilatçılıq və dövlət fəaliyyətini əks etdirən arxiv sənədləri də daxil edilib.

Diqqətə çatdırılıb ki, Nəsir İmanquliyev mətbuatda hələ tələbəlik illərindən çıxış etməyə başlayıb. Neft Texnikumunda oxuduğu vaxtlar “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. Burada “Döyüşən Krım” qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək “Kommunist” qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda, filologiya fakültəsində təhsilini davam etdirib.

Ustad jurnalistin Azərbaycan mətbuatına gətirdiyi yeniliklər sayəsində azad sözə, fikrə daha çox yer ayrılıb və oxuculara daim ən son xəbərlər çatdırılıb. “Bakı” və “Baku” qəzetlərinin səhifələrində paytaxtda baş verən yeniliklərlə yanaşı, həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılıb. O dövrdə həmin qəzetlərə işə qəbul olunmuş gənclər bu gün jurnalistika sahəsində tanınmış simalardır. Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılığına geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi bu gün də davam edir.

Qeyd edək ki, kitab “TuranBank”ın “Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində nəşr olunub. Kitabın elmi redaktoru professor Cahangir Məmmədli, redaktoru “Bakı” və “Baku” qəzetlərin baş redaktoru Ağahüseyn Hüseynov, layihənin icraçısı filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilidir.

XƏBƏRLƏR

06.08.2020 15:47
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
06.08.2020 15:33
Qubada “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçirilib
06.08.2020 10:47
Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub
05.08.2020 17:51
Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub
05.08.2020 15:59
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
05.08.2020 14:23
Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb
05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib