18.08.2017 07:11
20 avqust 2017-ci il tarixində görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin 105 yaşı tamam olur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində 20 avqust 2017-cı il tarixində “Acıq qapı” günü olacaqdır.
Həmin gün səhər saatlarında muzeyin əməkdaşları Fəxri xiyabanda Maestronun məzarını və yeni inşa olunmuş abidəsini ziyarət edəcəklər.
Gün ərzində muzeydə Niyazinin musiqisi səslənəcək, maestronun həyat və yaradıcılıq yolunu əks etdirən sənədli videokadrlar, filmlər nümayiş olunacaqdır.