23.04.2019 02:39
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin 25 illiyi münasibəti ilə tədbirlər davam edir.
Qaradağ Gənclər Evinin kollektivi muzeyin qonağı olub. Tədbirdə Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzeyin fəaliyyəti və maestronun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbir Qaradağ Gənclər Evinin dərnək üzvlərinin təqdim etdiyi maraqlı konsert proqramı ilə davam edib.