Nizami Kino Mərkəzi 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı repertuara dəyişiklik edib
2165
19.01.2019
19.01.2019 04:53
Nizami Kino Mərkəzi 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı repertuara bəzi dəyişikliklər edib.
Yanvarın 20–də repertuarda olan komediya janrında filmlərin nümayişi dayandırılacaq. Repertuara rejissor Xamis Muradovun 20 Yanvar faciəsinə həsr olunan “Azadlığa gedən yollar” filmi daxil ediləcək.
Seanslara giriş sərbəstdir.