Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2662

Novruz bayramı münasibətilə tədbir və “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110”, “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılış mərasimi

Mart ayının 19-da Milli Kitabxanada milli bayramımız Novruz münasibətilə tədbir və “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110” və “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılışı olmuşdur.

Tədbiri kitabxananın direktoru prof. KərimTahirov açaraq iştirakçıları tarixlərdən bəri süzülüb gələn, qədim bayramlardan ən möhtəşəmi olan, ruh yüksəkliyini, əmək coşğunluğunu özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik etmiş, sərhəd bilməyən, çox geniş yayılan, yazın gəlməsini, yeni əmək mövsümünün başlanmasını xəbər edən böyük el bayramının tarixindən, ənənələrindən, atributlarından danışmışdır. Direktor bildirmişdir ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın çox ciddi səylərinin səmərəli nəticəsi olaraq 2009-cu ilin 30 sentyabrında Azərbaycan xalqının Novruz bayramı YUNESKO-nun Qeyri Maddi İrs siyahısına daxil edilmişdir və 2010-cu ildə ilk dəfə BMT səviyyəsində Nyu-Yorkda Novruz bayramı şənlikləri keçirilmişdir.
Daha sonra direktor XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarından olan, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bu il yubileyləri qeyd olunan Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının və  eləcə də görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərdən biri olan Xalq yazıçısı Mehdi Hüseynin və Əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Xəlilin həyat və yaradıcılığı haqqında danışmış, onların irsinin təbliğində üzərimizə düşən vəzifələrin layiqincə həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Bu gün bu görkəmli şəxsiyyətlərin doğum günləri ərəfəsində onların hər birinin həyat və yaradıcılıqlarına dair kitabları əks etdirən geniş kitab sərgilərinin təşkili, onların xatirəsinin tədbir keçirilməklə yad edilməsi gənc nəsillər üçün böyük örnək ola bilər.
Sonda tədbir iştirakçıları görkəmli yazıçıların müxtəlif dillərdə olan əsərlərindən, həyat və yaradıcılıqlarına dair materiallardan ibarət kitab  sərgiləri ilə tanış  olmuşlar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi