Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1135

Ölkəmiz Böyük Britaniyada "Unlimited" simpoziumunda təmsil olunub

Böyük Britaniyanın London şəhərində "Unlimited" simpoziumu keçirilib. "British Council"un proqramı çərçivəsində 2-6 sentyabr tarixində Londonun "Unicorn" teatrında təşkil olunan tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri Şaiq Səfərov təmsil edib.

Simpoziumda incəsənət, bərabərlik, münasibətlər və gələcək mövzuları müzakirə olunub. İkigünlük müzakirə və debatlardan sonra simpozium öz işini "Southbank" mərkəzində keçirilən "Unlimited" festivalı ilə davam etdirib.

Simpoziumun hədəf auditoriyası Böyük Britaniyada və beynəlxalq səviyyədə mədəniyyət sektorunun müxtəlif perspektivlərinə nəzər salmaq və real dəyişikliklər üçün ideyalarını gerçəkləşdirmək istəyən mütəxəssislərdir. 

Məlumat üçün bildirək ki, “unlimited” - incəsənət və əlillik sahəsində həyata keçirilən proqramdır və etnik mənsubiyyətindən, fiziki imkanlarından asılı olmayaraq, böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır. Hazırda bu proqram üzrə seminarlar, maarifləndirici forumlar və s. təşkil olunur. Məqsəd cəmiyyətin bütün təbəqələrinin rifahının təmin edilməsində incəsənət və mədəniyyətin aparıcı rol oynamasını nümayiş etdirməkdir.

Proqram çərçivəsində 2013-cü ildə Londonda fəaliyyət göstərən, məhdud imkanlı və sağlamlıq imkanları normal olan rəqqaslardan ibarət "Candoco" rəqs ansamblı Bakıya səfər edib. Səfər müddətində "Shape Art" incəsənət təşkilatının aparıcı təlimatçısı Barbara Lisiçki Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Dövlət Rus Dram Teatrında məhdud imkanlı insanlar üçün yaradılan şəraitlə tanış olub. B.Lisiçki həmçinin Azərbaycanın teatr mütəxəssislərinə teatrların hər kəs üçün əlçatan olması mövzusunda seminar keçib. Forum-teatr üzrə ekspert Kerin Çepmen isə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri üçün interaktiv teatr metodları mövzusunda seminar təşkil edib.

Bu ilin fevral və mart aylarında “British Council Azərbaycan” təşkilatı tərəfindən ADMİU, Təhsil Nazirliyi və Sabah Qrupu ilə birlikdə Kerin Çepmen və DOM teatrının təsisçisi və rejissoru Tərlan Rəsulovun rəhbərliyi ilə interaktiv teatr texnikalarına əsaslanan layihə həyata keçirilib. Layihə üzrə "Bir günəş altında" pyesi Bakının müxtəlif səhnələrində Azərbaycan dilində nümayiş olunub. Eşitmə qabiliyyəti məhdud olan rəqqaslardan ibarət "Deaf Men Dancing" rəqs ansamblı  isə açıq səma altında "Ten" adlı yeni rəqs tamaşası ilə çıxış edib.

Qeyd edək ki, “British Council Azərbaycan” "Unlimited" proqramı üzrə Mədəniyyət Nazirliyi ilə silsilə tədbirlər təşkil edəcək. Bu ilin noyabr ayında "Shape Art" təşkilatından nümayəndələrin Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət ocaqlarına 3 günlük məsləhət səfəri də nəzərdə tutulur.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı