Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2318

Ölkəmizin bir sıra region kitabxanalarında fəaliyyət göstərən Amerika Guşələrinin fəaliyyətinə həsr olunmuş yubiley konfransı keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində Azərbaycan kitabxanalarında Amerika guşələrinin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley konfransı təşkil olunmuşdur. Bu konfrans “Beynəlxalq İnformasiya proqramı” layihəsi çərçivəsində keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan 4 regionun mərkəzi kitabxanalarında 10 il bundan öncə ilk Amerika guşələri yaradılmışdır: Gəncə şəhər, Kürdəmir, Salyan və Xaçmaz rayon mərkəzi kitabxanalarında 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Mədəniyyət və Turizm Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında bir sıra regionlarda Amerika guşələrinin yaradılması və fəaliyyəti haqqında beş il müddətinə Anlaşma Memorandumu imzalanmışdır. Sözügedən Memorandum cənab Prezidentin Fərmanı ilə təsdiq olunmuşdur. Memorandum əsasında regionlarda yaradılmış Amerika guşələri iki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi və genişləndirilməsinə xidmət edir. Amerika guşələrində istifadəçilər ABŞ-ın dövlətçiliyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti və s. sahələri ilə tanış olurlar. Onlar üçün burada ingilis dili biliklərini daha da təkmilləşdirilməyə əlverişli imkan yaradılır. Guşələrdə müxtəlif avadanlıqlar, maraqlı kitablar oxucuların istifadəsinə verilir. Burada innovativ layihələrlə yanaşı müxtəlif tədbirlər və müsabiqələr də keçirilir. Anlaşma Memorandumunun müddəti növbəti beş ilə də uzadılıb.

Bugünkü tədbiri Amerika Səfirliyinin məsul əməkdaşı Aydan Əsgərova açmış və sözü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovaya vermişdir. L.Məmmədova öz çıxışında qeyd etmişdir ki, 10 il müddətində Azərbaycan kitabxanalarında fəaliyyət göstərən Amerika guşələri maraqlı layihələr həyata keçirmişlər. Bu guşələrdə Azərbaycan gəncləri üçün xarici ölkələrdə təhsil almaq imkanları barədə geniş məlumat verilmişdir. Bir çox insanlar ingilis dili biliklərini təkmiləşdirmiş və ingilis dilini öyrənmişlər. Çıxışda qeyd olunmuşdur ki, Azərbaycan - Amerika münasibətlərinin yaradılmasından 25 il keçir. Və bu illər ərzində iki dost ölkə arasında əlaqələr möhkəmlənib, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq genişlənmişdir. L.Məmmədova qeyd etdi ki, Azərbaycan Respublikası dünyanın yeganə ölkələrindən biridir ki, burada ölkə başçısı kitabxana-informasiya sahəsinə mühüm əhəmiyyət verir. 2004-2008-ci illərdə kitabxana sahəsinin inkişafına dair cənab Prezident tərəfindən 5 sərəncam imzalanmışdır. Bu sərəncamların hər biri kitabxana-informasiya sahəsinin inkişafına böyük təkan vermişdir.

Kitabxana-informasiya sahəsi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritet sahələrindən birinə çevrilmişdir. Cənab nazir Əbülfəs Qarayev tərəfindən bu sahəyə dair bütün innovativ layihələr dəstəklənərək həyata keçirilir. Çıxışçı qeyd etdi ki, Amerika guşələrinin əməkdaşları öz təcrübələrini digər regionlarda da yaymalı və daha maraqlı və aktual layihələrlə çıxış etməlidirlər. Biz çalışmalıyıq ki, Azərbaycanda fəaliyyət göstərən Amerika guşələri yalnız postsovet məkanında deyil, həm də xarici ölkələrdə fəaliyyət göstərən Amerika guşələri arasında öz işləri ilə fərqlənsin və birincilər sırasına çıxsın. Bununla əlaqədar o bir sıra təklif və tövsiyələr vermişdir.

Yubiley tədbirində Amerika Səfirliyi adından Səfirliyin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəhbəri Kerolayn Savec çıxış etmiş və qeyd etmişdir ki, Azərbaycan Amerika əlaqələri yüksək səviyyədə inkişaf edir. Daha sonra o, Amerika guşələrinin fəaliyyəti haqqında qısa məlumat vermiş və qeyd etmişdir ki, Amerika hökuməti bu guşələrin fəaliyyətini dəstəkləyir və onlara lazımi kömək göstərir. K. Savec Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə xüsusi minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, ötən on il ərzində Nazirlik tərəfindən guşələrə hər cür təşkilatı dəstək göstərilmişdir.

Konfransda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək qeyd etmişdir ki, Bakı Amerika Mərkəzi Azərbaycan Dillər Universitetində on ildir ki, fəaliyyət göstərir və bu illər ərzində regionlardakı Amerika guşələrinə dəstək verib, onların işini koordinasiya edərək daha yüksək pilləyə çatdırıb. Rektor Azərbaycanın multikultural və tolerant ölkə olduğunu söyləmiş və bu istiqamətdə maraqlı faktları konfrans iştirakçılarına çatdırmışdır.

Konfransın birinci hissəsi bununla başa çatmış. Konfrans iştirakçıları xatirə şəkili çəkdirmişlər.

Konfrans öz işini günün ikinci yarısında, habelə oktyabrın 19 və 20-də davam etdirəcəkdir. Gündəlikdə maraqlı məsələlər durur. Amerika guşələrinin koordinatorları yeni maraqlı layihələrlə, ABŞ haqqında məlumatlarla, ingilis dilinin inkişafı ilə bağlı proqramlarla tanış olacaqlar. Konfrans zamanı ustad dərslər və təcrübə mübadilələri, sosial media ilə işləmə texnologiyaları, marketinq və menecment və s. məsələlər geniş formada müzakirə olunacaqdır.

Gəncə şəhər, Kürdəmir, Xaçmaz, Salyan rayon Amerika guşələrinin koordinatorları öz iş təcrübələri ilə konfrans iştirakçılarını tanış edəcəklər.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb