19.06.2017 04:35
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaqdır.
Konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş olunacaqdır.
Qala-konsertdə simfonik orkestri Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcəkdir.