Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir
1205
19.09.2017
19.09.2017 05:15
Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir.
Tamaşada əsas partiyalarda Teatrın aparıcı solistləri - Əməkdar Artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) və Nina Makarova (Flora) çıxış edəcəklər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli "Humay" mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.