Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
582

Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib

Martın 16-da Beynəlxalq Muğam Mərkəzində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açaraq tədbir barədə məlumat verib.

Daha sonra avstriyalı musiqişünas-orqanoloq, professor Tomas Şallabök, Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, alətşünas-tədqiqatçı Məmmədəli Məmmədov, Xalq artisti, professor Fəxrəddin Dadaşov, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və başqaları qədim musiqi alətləri, onların təkmilləşdirilməsi və bərpası barədə müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Məruzələrdə bildirilib ki, musiqi alətləri hər bir xalqın musiqi mədəniyyətinin əsas tərkib hissələrindəndir. Xalqların məişətinin, təsərrüfat və ictimai fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin, tarixinin müxtəlif yönləri ilə bağlı olaraq musiqi alətləri ən fərqli profili olan sənətkarların, alimlərin diqqətini cəlb edib. Alətlərin təsviri və öyrənilməsi tarixi minillikləri, hətta daha geniş dövrləri əhatə edir. Son illər isə orqanologiya və ya alətşünaslıq musiqi elminin müstəqil sahəsi kimi formalaşıb. Musiqi alətlərinin qanunauyğunluqlarının mənimsənilməsində müxtəlif elmlərin nailiyyətlərinin tətbiqinə və müxtəlif ölkələrdən olan, fərqli profilli alətşünasların bir araşdırma ətrafında səylərinin birləşdirilməsinə olduqca böyük ehtiyac duyulur.

Tədbirin bədii hissəsində avstriyalı professor, alətşünas Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti keçirilib.

 

XƏBƏRLƏR

17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019 19:22
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu
16.07.2019 17:20
“YUĞ” Teatrında U.Şekspirin “III Riçard” əsərinin məşqlərinə başlanılıb
16.07.2019 15:45
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb
16.07.2019 15:32
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirildi
15.07.2019 17:25
Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistan Gilgit-Baltistan əyalətinin baş naziri ilə görüşüb
15.07.2019 16:26
Azərbaycanlı tələbələr ölkəmizi Bolqarıstanda keçirilən beynəlxalq festivalda təmsil edib
15.07.2019 15:28
Ağstafada ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15.07.2019 15:17
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15.07.2019 14:11
İsmayıllıda ümummilli liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
15.07.2019 12:39
Şəkili Əməkdar müəllim: UNESKO-nun qərarı bütövlükdə Azərbaycan mədəniyyətinin uğuru və qələbəsidir
15.07.2019 12:32
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15.07.2019 08:44
Azərbaycanın Əməkdar artisti, dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
15.07.2019 08:43
“Ürəyində arzu tut” tamaşası Şəkidə nümayiş edilib
15.07.2019 08:41
Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı Azərbaycana şərəf gətirən tarixi bir uğurdur
12.07.2019 16:19
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
12.07.2019 15:48
Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə tədbir keçirilib.
12.07.2019 15:15
Milli Dram Teatrında mövsümün sonuncu tamaşası “Qarabağnamə” olacaq
12.07.2019 15:11
Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq
12.07.2019 15:09
Xətai Sənət Mərkəzi uşaqlar üçün rəsm müsabiqəsi elan edib
12.07.2019 15:06
Kukla Teatrı 87-ci mövsümə yekun vurub
12.07.2019 14:38
İmadəddin Nəsimiyə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı