Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
957

Osetiya Teatrının rəhbəri Musiqili Teatrın qonağı olub

Rusiyanın Şimali Osetiya–Alaniya Respublikasının Vladimir Txapsaev adına Dövlət Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Şimali Osetiya-Alaniya Respublikasının xalq artisti, Vladislav Kоliev Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.

Hörmətli qonağı Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Musiqili Teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov da iştirak ediblər, Osetiya Dövlət Akademik Milli Dram Teatrı- “İron Dramon Teatr”-ın  və Azərbaycan teatrları arasındakı ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanda keçirilən "Sərhədsiz teatr”  III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində ölkəmizdə səfərdə olduğunu və yaranmış fürsətdən istifadə edib Musiqili Teatra baş çəkməyi özünə şərəf bilən tanınmış Osetiyalı rejissor və aktyor V.Koliev rəhbərlik etdiyi Teatrla Azərbaycanda fəaliyyət göstərən nüfuzlu teatrlar arasında sıx əməkdaşlığın yaradılmasının zəruri olduğunu xüsusi qeyd edib.

"Möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında olmaq sözün əsl mənasında, mənə zövq verdi. Belə yaradıcı söhbətlər teatrlararası mədəni əlaqələrin yaranmasında sarsılmaz körpüdür. Biz Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Şimali Osetiya teatrı-“İron Dramon Teatr”ının kollektivinin çıxışlarını görmək arzusundayıq”, -deyə V. Koliyev bildirib.

Əliqismət Lalayev istedadlı Osetin rejissoru və aktyoru Vladislav Kоlievin  irəli sürdüyü təklifləri müsbət qarşılayaraq yeni əlaqələrin yaranmasını yüksək qiymətləndirib və bu əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel