Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1767

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanda bir sıra Özbək ədəbiyyatının fəal tədqiqatçılarını fəxri diplomlarla təltif edib

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanda Özbək ədəbiyyatının bir sıra tədqiqatçılarını, iki xalq arasında dostluq münasibətlərinin, mədəni-ədəbi əlaqələrin möhkəmlənməsi sahəsində müstəsna xidmətlərinə görə Cəmiyyətin Fəxri diplomları ilə təltif edib.
Sözügedən mükafatla Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor, tərcüməçi Ramiz Əskər, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan üzrə ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, professor Elman Quliyev, Bakı Avrasiya Universitetinin kafedra müdiri, dosent Elmira Məmmədova, Filologiya elmləri üzrə fəlsəfə doktoru Təranə Həşimova, dosent, ədəbiyyatşünas Səadət Şıxıyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları - tərcüməçi alimlər Yaşar Qasımov, Akif Bağırov, İsmixan Osmanlı təltif ediliblər.
Fəxri Diplomda qeyd olunur ki, ədəbiyyat sahəsində xüsusi istedadları, Özbəkistan-Azərbaycan: qardaş xalqların mədəni-ədəbi əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə azərbaycanlı ədəbiyyatşünaslar Dostluq Cəmiyyətinin xüsusi mükafatına layiq görülür. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti  Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında yaradılıb, Universitetin rektoru eyni zamanda Dostluq Cəmiyyətinin rəhbəri vəzifəsini həyata keçirir.
Qeyd edək ki, mükafatlandırma Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
Layihənin əsas məqsədinin elmi-ədəbi əlaqələrin inkişafına dəstək olmaq, bu istiqamətdə çalışan alimlərin, tərcüməçilərin əməyinin stimullaşdırılması, ədəbi əlaqələrə yeni – yeni töhvələr verməkdir.
Azərbaycan tərəfi də ötən ilin dekabr ayında Özbəkistanda Azərbaycan ədəbiyyatının fəal tədqiqatçılarını mükafatlandırıb. AMEA-nın vitze prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin imzaladığı Fəxri Fərmanlarla iki ölkə arasında elmi-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə tanınmış özbək ədəbiyyatşünas alimləri, tərcüməçiləri Azərbaycan tərəfinin xüsusi diplomları ilə təltif ediliblər.  

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb