Özbəkistan Respublikası Fərqanə Vilayətinin Riştan şəhərinin nümayəndə heyəti İsmayıllıya gəlib
3736
24.04.2019
24.04.2019 04:29
Nümayəndə heyətinin rəhbəri, Fərqanə Rayon Hökumətinin Mətbuat Mərkəzinin rəhbəri Abdusalom Siddikov səmimi qəbul üçün öz təşəkkürünü bildirmişdir
. İsmayıllı ilə Riştan şəhəri arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Hər iki şəhərin etnoqrafiyası, xalq sənətkarlığını əks etdirən hədiyyələr qarşılıqlı olaraq təqdim olunub. Nümayəndə heyətinin tərkibində olan xanımlara Basqal kəlağayısı hədiyyə olunmuşdur.Daha sonra Heydər Əliyev Mərkəzində bir qrup ziyalı qonaqlarla görüşmüş, "Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə dəyirmi masa arxasında söhbət keçirilmiş, mərkəz işçilərinin təşkil etdiyi musiqi nömrələri dinlənilmişdir.
Özbək qonaqlar bir neçə gün İsmayıllıda qalacaq, onun sosial-iqtisadi inkişafı, coğrafiyası, tarixi və bu günü, milli-etnik tərkibi, xalq sənətkarlığı, şəhərsalma mədəniyyəti, aqrar istehsal səviyyəsi ilə tanış olacaqlar.