Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1258

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan Mədəniyyət günü” keçirilib, Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan mədəniyyət günü” keçirilib və bununla əlaqədar bütöv bir gün Azərbaycan mədəniyyətinə həsr olunub.

Öncə İnstitutda Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin adını daşıyan Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılış lenti kəsilib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan zal ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, incəsənətinə dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii filmlər, milli geyimlər və milli musiqi alətlərimiz hədiyyə edilib.

Azərbaycan mədəniyədinə dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair banerlər zalda yerləşdirilib.

Qonaqlara məlumat verilib ki, Mərkəz qardaş ölkədə Azərbaycan mədəniyyətini, musiqi sənətini geniş təbliğ edəcək və xalqlarımız arasında dostluq körpüsü rolunu oynayacaqdır. Qeyd edək ki, Mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər keçiriləcək, tələbələr üçün Azərbaycan bədii filmləri, milli mədəniyyətimiz, musiqimizə dair görüşlər və tədbirlər keçiriləcəkdir.

“Azərbaycan mədəniyyət günü” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalandı. Memoranduma əsasən tərəflər mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq edəcək, ölkələr arasında təcrübə mübadiləsini həyata keçirəcəklər.

Daha sonra İnstitutun zalında “Azərbaycan mədəniyyət günü”nün rəsmi açılışı oldu.

İnstitutun prorektoru, professor Davlat Mullacanov Şərqin ən zəngin mədəniyyətinə malik dost Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanış olmaq imkanını yaratdığı üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirdi. O, İnstitutlarında ilk hadisədir ki, xarici bir məmələkətin mədəniyyət günü keçirildiyini və zəngin Azərbaycan mədəniyyətini özündə əks etdirən Mərkəzin açılışının iki ölkə arasında mədəni əlaqələr istiqamətində yeni imkanlar açacağını bildirdi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək “Azərbaycan mədəniyyət günü” tədbirlərinin qardaş ölkənin Daşkənd və Səmərqənd şəhərlərində dəfələrlə keçirildiyini və əsas məqsədin milli mədəniyyətimizin təbliğ olduğunu qeyd etdi. Samir Abbasov son zamanlar Azərbaycanın böyük uğurlar əldə etdiyini, ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində hər bir sahədə olduğu kimi, mədəniyyət, turizm sahəsində də ölkəmizin intibah dövrünü yaşadığını qeyd etdi. O, Bakının mədəni həyatının olduqca zəngin olduğunu, gün ərzində mədəniyyət sahəsində çoxsaylı və olduqca rəngarəng tədbirlərin keçirildiyini, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoq məkanına çevrildiyini vurğuladı. O, erməni işğalı nəticəsində Azərbaycan mədəniyyətinə dəyən ziyan, milli mədəni irsimizin dağıdılması haqqında məlumat verib.

Daha sonra diplomat iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə İnstitutun rektoru, professor İbrahim Yuldaşova Mədəniyyət Mərkəzinin Fəxri diplomunu və öz unikallığı ilə seçilən Azərbaycan xalça sənətini özündə əks etdirən “İrəvan xalçaları” kitabını hədiyyə edib.

Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair klip, milli mədəni irsimiz, habelə Azərbaycanın Qarabağ bölgəsində və digər işğal olunmuş torpaqlarında tarixi abidələrə dair sənədli film nümayiş etdirilib.

Bədii hissədə Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun tələbələri Azərbaycanın Qarabağ diyarının milli geyimlərini nümayiş etdirilib. Qeyd edək ki, Qarabağ şikəstəsinin sədaları altında nümayiş etdirilən geyimlər Azərbaycan Mədəniyyət Mərkəzinin kolleksiyasına aiddir.

Tədbirdə “Arşın mal alan” əsərindən səhnələr nümayiş etdirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və oğlanlardan ibarət “Süvari” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistan Sənət və Mədəniyyət İnstitutuna göndərilən kitablar İnstitutun kitabxanasına təqdim edilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb