Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1449

Özbəkistanda “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb

Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları anım günü münasibəti ilə ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı büstü önünə gül və çiçəklər qoymuşlar.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun xalqımız qarşısındakı xidmətlərinə həsr edilmiş kitab sərgisi, “Heydər Əliyev və Özbəkistan” foto sərgi təqdim olunub. Qeyd edək ki, sərgi ilə Daşkənddəki bir sıra ali məktəblərin tələbələri və orta məktəblərin şagirdləri də tanış olublar.

Cari il 12 dekabr tarixində Özbəkistanın “Türküstan” Respublika sarayında Daşkənddəki uşaq evləri arasında keçirilən xeyriyyə Festivalının əsas sponsoru Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub. Mərkəz Festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edib.

Daşkənd şəhərində fiziki qüsurlu və yetim uşaqlar üçün təşkil olunan xeyriyyə festivalında 15 uşaq evinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyələr verilib və Mərkəz tərəfindən hazırlanan konsert proqramı təqdim edilib. Daşkənd Vilayət Həmkarlar İttifaqının sədri Murodcan Nasırov giriş çıxışı edərək “Mexricon” uşaq evləri Asossiyasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə artıq ənənəyə çevrilən festivalını yüksək qiymətləndirib və gələcək nəsillər olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqətlə yanaşmağın vacib olduğunu vurğulayıb. O, Özbəkistan dövləti tərəfindən uşaq siyasəti, gələcək nəsillərin xoşbəxt həyatı üçün çoxsaylı işlərin və layihələrin həyata keçirildiyini söyləyib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uşaqları salamlayaraq, ulu öndər Heydər Əliyev, onun xalqımız üçün xidmətlərindən danışıb, dahi rəhbərin uşaqlara daim qayğı ilə yanaşdığını vurğulayıb. Diplomat Ulu öndərdən sitat gətirərək qeyd edib ki, “uşaqlar bizim gələcəyimizdir. Biz onları necə tərbiyyə edəcəyik, necə öyrədəcəyik, bu cür gələcək bizi gözləyir. Samir Abbasov ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun hər il uşaqlar üçün böyük layihələr həyata keçirdiyini qeyd edib.

Daha sonra tədbirin təşkilatçıları Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uşaq evləri üçün hazırladıqları hədiyyələri iştirakçı məktəblərə təqdim ediblər. Tədbirdə istedadlı uşaqların hazırladığı şeirlər, kompozisiyalar nümayiş etdirilib. Fiziki qüsurlu uşaqlar tərəfindən hazırlanan proqram, iştirakçıların marağına səbəb olub.

Festival çərçivəsində Daşkənddəki “Turon” restoranında uşaq və yeniyetmələr yemək və şirniyyatlara qonaq ediliblər.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib