Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2218

Özbəkistanda keçirilən beynəlxalq muğam sənəti forumunda ölkəmiz də təmsil olunur. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir

Sentyabrın 6-da Özbəkistan Respublikasının Şəhrisəbz şəhərində I Beynəlxalq muğam (makom) sənəti forumu işə başlayıb. Müxtəlif ölkələrdən rəsmi şəxslərin, muğam sənəti tədqiqatçıları və ifaçıların qatıldığı tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Heyətə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri Tamerlan Axundov, eləcə də ölkəmizin sənətşünas alimləri, musiqiçiləri daxildir.

UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq forumun təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir. Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin və muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub.

Forumun Şəhrisəbz şəhərinin Oksaray meydanında keçirilən açılış mərasimində iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə yaxınlaşaraq onlarla salamlaşıb.

Dövlət başçısı mərasimdəki nitqində fəxri qonaqları adbaad qeyd edərək Rusiya Prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğız Respublikası Prezidentinin müşaviri Sultanbay Rayev, Qazaxıstanın mədəniyyət və idman naziri Şamsiddin Omurbekzoda, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və digər ölkələrin mədəniyyət sahəsi üzrə məsul şəxslərini, xarici ölkələrin səfirlərini salamlayıb. O, Özbəkistana dəstək verərək bu tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlıq ifadə edib. “Biz sizin timsalınızda sülh elçilərini, bizim xalqın əsl dostlarını görürük”, - deyə Şavkat Mirziyoyev vurğulayıb.

Prezident diqqətə çatdırıb ki, forumda 73 ölkədən 300-dək nümayəndə – müğənni və musiqiçilər, mədəniyyət və incəsənət xadimləri, tanınmış musiqişünas alimlər iştirak edirlər. Sənət bayramının əhəmiyyətindən bəhs edən dövlət başçısı deyib: “Bu gün Şəhrisəbzin mavi günbəzləri altında səslənən, dərin fəlsəfəsi və ecazkar musiqisi ilə bütün dünyada milyonlarla insanın qəlbini fəth edən muğam bir çox xalqların mədəniyyətinin ayrılmaz tərkib hissəsidir”.

Qeyd edək ki, hələ sovet dönəmində Özbəkistanın Səmərqənd şəhərində muğam simpoziumları keçirilirdi. Sonralar bu tədbirlər “Şərq təranələri” adlı beynəlxalq festivala çevrildi və burada təkcə muğam deyil, musiqinin müxtəlif janrları təmsil edilməyə başlandı. Səmərqənd festivalına dünyanın 50-60 ölkəsindən musiqiçilər qatılır. İndi isə Özbəkistanın digər bir qədim şəhəri muğama həsr edilən ilk beynəlxalq foruma ev sahibliyi edir.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Sentyabrın 10-dək davam edəcək forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

Forumda azərbaycanlı alimlərin də məruzələri dinləniləcək. Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova “Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev “Şərq muğam sistemində temperasiya məsələləri” mövzusunda çıxış edəcək.

Müsabiqədə ölkəmizi xanəndələr Nigar Şabanova və Abgül Mirzəliyev təmsil edir. Musiqiçilər Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental qrupunun müşayiəti ilə çıxış edəcəklər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi