Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5495

Özbəkistanın qədim Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olmuşdur

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyəti, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Səmərqənd şəhərində yerləşən park – bulvarda  “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olmuşdur.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyinin 1-ci katibi Samir Abbasov “Azərbaycan Mədəniyyət günləri”nin keçirilməsində əsas məqsədin qədim mədəniyyət beşiyi, turizm mərkəzi olan Səmərqənddə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək, ölkələrimiz, xalqlarımız arasında dostluğu daha da möhkəmləndirmək olduğunu söyləyib.

Samir Abbasov Səmərqənd şəhərindəki “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində silsilə tədbirlərin keçiriləcəyini və bu məqsədlə şəhərin mərkəzindəki park bulvarda Azərbaycan musiqilərindən ibarət konsert proqramının, Azərbaycan milli geyimlərindən, ölkəmizin Qarabağ bölgəsinin milli libaslarından ibarət moda sərgisinin keçirilməsi, Səmərqənd dövlət Universitetində iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi Konfransın təşkili, Səmərqənd kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması mərasimi, Səmərqənddə azərbaycanlı tanınmış rəssam, heykəltaraş Eynulla Əliyevin yaşadığı evinin qarşısında onun barelyefinin açılış mərasimi və s. tədbirlərin planlaşdırıldığını qeyd edib.

Açılış mərasimində çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, beynəlxalq məsələlər üzrə departamentin rəhbəri Muxtar Nasirov şəhər hakimiyyəti və Universitet adından hamını salamlayaraq, iki xalq, dövlət  arasında dostluq əlaqələrindən danışıb, qardaş Azərbaycana Səmərqənddə böyük maraq olduğunu bildirib. O, Səmərqəndin açıq havada bir muzeyi xatırlatdığını söyləyib,  şəhərdəki tarixi abidələrin tikilməsində azərbaycanlı memarların da böyük xidmətləri olduğunu vurğulayıb.

Səmərqənd Vilayəti üzrə Azərbaycan Diaspora Təşkilatının rəhbəri Adilağa Mirzəyev təşkil olunmuş sərgiləri yüksək qiymətləndirib, bütöv bir həftənin şəhərdə Azərbaycan mədəniyyətinə həsr edildiyini qeyd edib. O, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə  bu cür silsilə tədbirlərin təşkilinə və mədəniyyətimizi Özbəkistanda bu cür əhatəli təbliğinə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Səmərqəndin mərkəzi park – bulvar ərazisində keçirilən açılış mərasimində park əsl Azərbaycan görkəmi almışdır. Parkda təşkil olunmuş fotosərgidə Odlar yurdunun əsrarəngiz gözəllikləri, turizm məkanları, habelə Azərbaycanın Qarabağ bölgəsinin  təbiəti,  tarixi abidələrinə  dair fotoşəkillər təşkil olunmuş sərgidə nümayiş etdirilib. Park ərazisində yaradılmış ənənəvi Azərbaycan evində xalqımızın tarixi, mədəniyyətini, ənənələrini özündə əks etdirən və milli ornamentlərlə bəzədilən xana iştirakçıların böyük diqqətinə səbəb olub.

Milli suvenirlərimiz, mədəniyyətimizə dair eksponatlar, Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçalarımız, habelə milli musiqi alətlərimizə dair təşkil olunmuş sərgi də böyük diqqət qazanıb.

Tədbir çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair özbək dilində çap olunan çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən, Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyev, prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Azərbaycan dövlətçiliyinə dair nəşirlər, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan kitablar sərgilənmişdir.

Tədbirdə Azərbaycan çayı, milli şirniyyatlarımız qonaqlara təqdim olunub.

Qeyd edək ki, tədbir 15 iyun Azərbaycanın Milli Qurtuluş gününə həsr olunmuş geniş konsert proqramı ilə davam edib. Konsertdə Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan musiqilərini ifa ediblər. Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi liseyinin şagirdləri Qarabağa dair musiqilər oxuyub, dünya şöhrətli  “Özbək gəncləri” musiqi qrupu milli mahnılarımızı səsləndiriblər. Tədbir böyük tamaşaçı marağına səbəb olub.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib