Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2576

Özbəkistanın Səmərqənd Dövlət Universitetində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi konfrans keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin dəstəyi ilə  Səmərqənd şəhərində keçirilən “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində Səmərqənd Dövlət Universitetində  Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi konfrans keçirilib.

Konfransda Şərqin qədim ali təhsil ocağı olan Səmərqənd Dövlət Universitetinin, habelə Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin müəllim və professorları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səmərqənd Dövlət Universitetinin birinci prorektoru Eşdayev Alişer Özbəkistanla Azərbaycanının mədəni-ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə təsadüf etdiyini, xalqlarımızın bir-birinə tarixi yaxınlığı, qohumluq əlaqələri, dil, mədəniyyət, musiqi, eyni dinə sitayiş etmələri bu əlaqələri daha da dərin və möhkəm etdiyini söyləyib. O, Özbəkistanda Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük maraq olduğunu, Azərbaycan şairlərinin heç də Özbək şairlərindən fərqləndirilmədiyini, sevilərək oxunulduğunu qeyd edib. İki ölkə arasında mədəni-ədəbi əlaqələrin hər zaman öyrənilməsinin, tədqiqinin, təbliğinin vacib olduğunu bildirən natiq, elmi konfransın əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qədim dövrlərdən başlanan və bu gün də uğurla davam edən Özbəkistan-Azərbaycan əlaqələri haqqında məlumat verib, bu əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın birinci prezidenti İslam Kərimovun xidmətlərini qeyd edib. Diplomat Azərbaycan və Özbəkistanın tarixi ipək yolunun üzərində yerləşdiyini, ölkələrimiz arasında bağlılıq, oxşarlıq haqqında danışaraq, bir sıra tanınmış mədəniyyət, ədəbiyyat simaları Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam, Səməd Vurğun və başqa şəxslərin bu əlaqələrdəki rolu barədə məruzə edib. O, ədəbiyyatımızın və mədəniyyətimizin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdirdiyini və inkişaf etdiyini qeyd edib. Samir Abbasov çıxışının sonunda Universitetin kitabxanasına Azərbaycan Mədəniyyət Mərkəzi adından “İrəvan xalçaları” kitabını hədiyyə edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında əlaqələrin tarixindən tanışaraq, bu istiqamətdə son 5 ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  həyata keçirdiyi layihələrdən danışaraq, çoxsaylı nəşrlərin işıq üzü görməsini, iki ölkənin mədəniyyət, ədəbiyyat adamları, təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsini fəxrlə qeyd edib.

Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin dosenti, filoloq Gülbahar Aşurova müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri barədə məruzə ilə çıxış edib. O, tədbirdə Özbəkistanın xalq şairi və yaxın günlərdə Bakıda 80 illik yubileyi geniş qeyd olunan  Camal Kamalın səfərdən təsirlənərək yazdığı “Azərbaycan” şeirini oxuyub və şeir konfrans iştirakçılarının alqışlarına səbəb olub.

Çıxış edən digər natiqlər - Səmərqənd Dövlət Universitetinin professoru, tarixçi alim İlhamcan Saidov, Termez Dövlət Universitetinin doktorantı Abidcan Şafiyev iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair geniş məruzələr ediblər.  

Tədbirdə Özbəkistanın və Tacikistanın əməkdar artisti Asadulla Ataullayev Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərindən tarda ifa edərək oxumuşdur.

Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycana dair hazırlanmış kitab kolleksiyası Səmərqənd Dövlət Universitetinə hədiyyə edilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb