Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1848

Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib

Özbəkistanın Xarəzm vilayətində baş tutan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Urgənc şəhərindəki Gənclər ittifaqının akt zalında Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib.

T'dbirdə Xarəzm vilayətinin mədəniyyət, incəsənət sahəsinin mütəxəssisləri, müəllim və tələbələr, vilayət icra hakimiyyətinin nümayəndələri, gənclər, jurnalistlər iştirak ediblər.

Xarəzm vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev Azərbaycanla münasibətlər, milli rəqslərimiz barədə məlumat verib, Xarəzmin zəngin rəqs ənənələrinin olduğunu qeyd edib. O deyib ki, bu yaxınlarda vilayətdə təşkil olunan “Rəqsin sehri” adlı Beynəlxalq Rəqs Festivalında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Qran-Pri mükafatına layiq görülməsi Azərbaycanın zəngin rəqs sənətindən xəbər verir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) direktorunun müavini Polad Zeynalov ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrindən, xalqımızın zəngin mənəvi sərvəti olan rəqslərimizin incəliyi və təkrarsızlığından danışıb. Özbəkistandakı AMM-nin nəzdində rəqs dərnəyinin yaradıldığını, bu dərnəkdə uşaqların, yeniyetmələrin milli rəqslərimizin sirlərini öyrəndiyini qeyd edib. O, Azərbaycan milli rəqslərinin xarici ölkələrdə təbliği istiqamətində Heydər Əliyev Fondunun layihələri barədə məlumat verib.

AMM-nin nəzdindəki rəqs dərnəyinin və “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva həmahəngliyi, zərifliyi, dəqiqliyi, şuxluğu ilə insanlara böyük mənəvi zövq verən milli rəqslərimiz haqqında danışıb. O, “Uzundərə”, “Nəlbəki”, “Köçəri”, “Yallı” və başqa rəqslərimizin özünəməxsusluğu, onların xalqımızın məişət həyatını, adət-ənənələrini, mənəvi zənginliyini özündə əks etdirdiyini söyləyib.

Sonra “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim edib. Ansamblın ifasında “Azərbaycan süitası”, “Uzundərə”, “Nəlbəki”, “Aman Tello”, “Mirzəyi” milli rəqslərimiz ifa olunub.

Qeyd edək ki, bununla əlaqədar mərkəzdə “Milli rəqslərimiz xalqımızın mədəni sərvətidir” adlı fotosərgi də nümayiş olunub.

Xatırladaq ki, mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib.

Bununla da Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri başa çatıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb