Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1897

Özbəkistanın Xalq şairi Camal Kamal “Fəryad” əsərini Özbək dilinə tərcümə edib

2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qardaş ölkədə “Məndə sığar iki cahan” adlı poeziya  müsabiqəsinə start verib.

Layihə əsasında Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, tərcümə əsərləri, habelə Nəsimi dəsti xəttinə, yaradıcılıq yoluna uyğun şeirlərin Müsabiqəyə təqdim olunması nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə müsabiqəyə maraq daha böyük olmuş, hər iki ölkədən müsabiqəyə çoxsaylı əsərlər təqdim olunur.

Qeyd edək ki, müsabiqə nəticəsində toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında Özbəkistanda yayımlanması nəzərdə tutulmuş və müsabiqənin qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin diplomları, pul mükafatları ilə təltif olunması planlaşdırılır.

Özbəkistanın xalq şairi Camal Kamal Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin dahi söz ustadı İmadəddin Nəsimiyə həsr etdiyi “Fəryad” əsərini Özbək dilinə tərcümə etmiş və Müsabiqəyə təqdim etmişdir.

Nəsimiyə həsr olunmuş "Fəryad" pyesində hadisələr xalqımızın XIV əsrdə yaşamış böyük mütəfəkkir, üsyankar şairi İmadəddin Nəsimi ətrafında cərəyan edir. Nəsimini dövrün qüdrətli bir şəxsiyyəti, mahir söz ustası kimi zəmanəsini çəkinmədən qamçılayan, tənqid edən xalqın qəhrəmanlıq simasını özündə əks etdirən mütəfəkkir şair olaraq təcəssüm etdirilir. Əsərdə iki cəbhə - xeyir və şər qarşı-qarşıya qoyulur, hər iki tərəfin mübarizəsi hadisələrin gedişatında böyük bir olaya çevrilir. Sənətkarlıq baxımından Bəxtiyar Vahabzadə Nəsimi üsyankarlığını yaratdığı obrazların dili ilə əsərin fəryadına çevirir.

Əsərə Özbəkistanda da böyük maraq olduğunu qeyd edən ölkənin xalq şairi Camal Kamal etdiyi bu tərcümə əsərinin Azərbaycanda elan olunmuş “Nəsimi ili”nə töhvə olaraq ərsəyə gətirdiyini və onun elan olunmuş müsabiqə çərçivəsində Daşkənddə nəşr ediləcəyini qeyd edib. Şair Camal Kamal  “Fəryad” pyesinin kitab halında nəşri gələcəkdə Özbəkistanın teatr müəssisələrində pyesin səhnəyə qoyulmasına imkan verəcəyini qeyd edib.

Qeyd edək ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 5 əsərindən ibarət “Xəmsə”nin Özbək dilinə tərcüməsi və nəşri layihəsi həyata keçirilir və əsərlərin tərcüməsi  Azərbaycan ədəbiyyatının yaxın dostu, Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən həyata keçirilir. Artıq dahi Nizaminin 4 əsəri Daşkənddə çap olunmuş, yaxın günlərdə isə axırıncı “Yeddi gözəl” əsəri Daşkənddə Özbək dilində çapdan çıxacaqdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Bakıdakı Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun birgə layihəsi ilə 2017-ci il
31 may tarixində Bakıda Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi, alim Camal Kamalın 80 illik yubileyi keçirilib. 

Tədbirin sonunda tanınmış şairə Bakı Avrasiya Universitetinin Fəxri doktor diplomu təqdim edilib.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!