Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2337

Parisdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib

Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Ümummilli Liderin adının ölkəmizin son 40 illik tarixinə həmişəlik həkk olduğunu bildirib.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Heydər Əliyevin ölkəmizin iqtisadiyyatının, sosial həyatının və mədəniyyətinin inkişafında atdığı qətiyyətli addımlardan söz açıb. Ulu Öndərin ölkəmizin müstəqilliyi uğrunda fəaliyyətə hələ ötən əsrin 70-80-ci illərindən başladığını diqqətə çatdırıb. Hələ sovet dövründə milli sənayemizin, elmimizin və mədəniyyətimizin təməlini qoyduğunu qeyd edib.

R.Mustafayev bildirib ki, əgər 1980-ci illərin sonunda Heydər Əliyev hakimiyyətdə olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi olmazdı. 1987-ci ildə M.Qorbaçovun Heydər Əliyevə qarşı tutduğu qərəzli mövqedən sonra erməni separatçıları və Ermənistanın Azərbaycana qarşı təcavüzü baş qaldırıb.

Diqqətə çatdırılıb ki, ölkəmizin sosial böhrandan iflic vəziyyətə düşdüyü, xaos, vətəndaş müharibəsi ilə üzləşdiyi, xarici təcavüzə məruz qaldığı 1993-1994-cü illərdə Heydər Əliyev şəxsiyyətinin, eləcə də siyasi görüşlərinin böyüklüyü aydın şəkildə özünü göstərib. O, ölkəmizi belə çətin bir vəziyyətdən çıxarmağa nail olub. “Bu gün iqtisadi və sosial böhranlarla üzləşən bəzi böyük dövlətlər Ulu Öndərin böhranların idarə edilməsi sahəsindəki təcrübəsindən bəhrələnməlidir”, - deyə R.Mustafayev vurğulayıb.

Diplomat qeyd edib ki, məhz həmin çətin illərdə Ümummilli Lider müasir Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirməyə, iqtisadi inkişafa, mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin sabitliyinin bərpasına nail olub. Fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib.

Ölkəmizdə dərin böhranın yaşandığı 1993-1994-cü illərdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlət ideologiyasının təməlini qoyub.

Həmçinin ölkəmizin bütün dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurmasından bəhs edilib.

Anım mərasimində səfir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, eləcə də səfirliyimizin və daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Sonra Fransanın Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleytaçı) klassik musiqi ifa ediblər. Gənc musiqiçilərin ifasında Ümummilli Liderin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı da səslənib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi